AZ

Bakıda VI Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib

Bakıda VI Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimikeçirilib.

Trend xəbər verir ki, mərasimdə mədəniyyət naziri Adil Kərimli,ISESCO-nun baş direktoru Səlim M. əl-Malik, BMT Turizm təşkilatınınbaş icraçı direktoru Zoritsa Uroşevi və BMTSA-nın direktoru NihalSaad çıxış edib.

Mədəniyyət naziri A.Kərimli bildirib ki, bu forum əməkdaşlığıninkişafına töhfə verəcək.

“ Biz bu forum vasitəsiylə dünyaya bir mesaj çatdırmaq istədik.Mesaj ondan ibarət idi ki, mədəniyyətlərarası dialoqla biz bir çoxməsələlərin həllinə töhfə verə bilərik”,- deyə nazir bildirib.

ISESCO-nun baş direktoru Səlim M. əl-Malik vurğulayıb ki,mədəniyyətlərarası dialoq sülh və əməkdaşlıq üçün çoxəhəmiyyətlidir.

“Belə bir mürəkkəb dünyada əməkdaşlıq və dialoq mühim roloynayır. İSESCO bundan sonra da öz yumşaq gücündən istifadə edərəksözügedən dialoqa töhfə verəcək.
Azərbaycana belə bir əhəmiyyətli foruma uğurla ev sahibliyi etdiyiüçün təşəkkür edirəm”,- deyə o əlavə edib.

BMT Turizm təşkilatının baş icraçı direktoru Zoritsa Uroşevihəmçinin bildirib ki, Azərbaycan hər zaman mühim tədbirlərəevsahibliyi edib.

“Mədəniyyətlərarası dialoq forumu aparıcı bir platformadır. Bizburada bir sıra çağırışların, problemlərin həll yollarını müzakirəetmək imkanı tapdıq.

Turizm bütün sahələr üzrə ən əhəmiyyətlisidir. Çünki bu sektorbizim gündəlik həyatımıza təsir edir. Ümid edirəm ki, buradamüzakirə olunanları praktikada göstərə bilərik”,- deyə obildirib.

Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansınındirektoru Nihal Saad əlavə edib ki, forumda müzakirə edilənmövzular hər kəsi ilhamlandırdı.

“VI Mədəniyyətlərarası Dialoq Forumu növbəti uğura çevrildi.Mədəniyyət bizim bəşəriyyətimizi daha da zənginləşdirir. Forumlardaadətən çağırışlar, problemlər səsləndirilir. Lakin bu forumdaproblemlər müəyyən edildi, diaqnostikası aparıldı və həll yollarımüzakirə edildi. Ümid edirəm bu tendensiya davam edəcək”,- deyə obildirib.

Qeyd edək ki, “Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq:Əməkdaşlıq və Qarşılıqlı Əlaqələr” mövzusunda keçirilən forumdadünyanın müxtəlif ölkələrindən ümumilikdə 700 qonaq iştirakedib.

100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərləyanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28beynəlxalq təşkilatın nümayəndələri var. Forum çərçivəsində onpanel müzakirə və dörd plenar sessiyanın keçirilib.

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləntədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş MillətlərTəşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO vəBMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı ilə baştutub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
5
Mənbələr
Şərh ()
Bağla