AZ

Sahibə Qafarova İtaliya Parlamenti Deputatlar Palatasının vitse-prezidentiilə görüşüb (FOTO)

Bakı. Trend:

Mayın 2-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdəsəfərdə olan İtaliya Parlamenti Deputatlar Palatasınınvitse-prezidenti Ciorcio Mule ilə görüşüb.

Parlamentdən Trend-ə verilənməlumata görə, görüşdə VI Ümumdünya Mədəniyyətlərarası DialoqForumu çərçivəsində keçirilən “Mədəni irsin qorunmasındaqanunvericiliyin rolu və qabaqcıl təcrübələr” mövzusuna həsrolunmuş Parlamentlərarası Konfransın əhəmiyyətinə dair müzakirələraparılıb. Milli Məclisin sədri bu cür forumların mədəni irsinqorunmasında, mədəniyyətlərarası dialoqun güclənməsində, ikitərəflivə çoxtərəfli əməkdaşlıq məsələlərinin müzakirə edilməsində mühümrol oynadığını qeyd edib, İtaliyanın Avropada ən zəngin mədəniyyətəmalik ölkələrdən biri və Azərbaycana dost ölkə olduğunusöyləyib.

Görüşdə iki ölkə arasında münasibətlərin müxtəlif istiqamətlərdəinkişafından məmnunluq bildirilərək, qeyd edilib ki, bu günAzərbaycan və İtaliya iki yaxın dost və strateji tərəfdaşdırlar.Əlaqələrimizin bu səviyyəyə çatmasında ali səviyyədə həyatakeçirilən qarşılıqlı səfərlər, aparılan danışıqlar əhəmiyyətli roloynayıb. Söhbət zamanı, münasibətlərimizin inkişafındaparlamentlərin də vacib rolu diqqətə çatdırılıb. Son illərdə MilliMəclislə İtaliya parlamentinin hər iki palatası arasında sıxəməkdaşlıq yarandığı qeyd edilib.

Söhbət zamanı Milli Məclisin sədri parlamentlərarası dostluqqruplarının fəaliyyətinin intensivləşdirilməsi, Azərbaycanınevsahibliyi edəcəyi COP29 kimi möhtəşəm tədbirin əhəmiyyəti barədədə fikirlərini bölüşüb.

Spiker Sahibə Qafarova görüşdə, həmçinin bəzi Qərbstrukturlarında müşahidə olunan ikili standartları və ölkəmizəqarşı qərəzli mövqeyi tənqid edib. O, xüsusilə Fransanın Azərbaycanvə Ermənistan arasında gedən sülh prosesini pozmağa və bölgədəkimaraqlarını həyata keçirməyə çalışması haqqında məlumat verib.

Qonaqpərvərliyə görə təşəkkürünü bildirən İtaliya ParlamentiDeputatlar Palatasının vitse-prezidenti Ciorcio Mule VI ÜmumdünyaMədəniyyətlərarası Dialoq Forumunda iştirakından məmnunluğunu ifadəedib.

Qonaq müasir Azərbaycanın inkişafı və qazandığı uğurlar,parlamentlərarası dostluq qruplarının fəaliyyəti, COP29 kimi mühümtədbirin ölkəmizdə keçirilməsi barədə fikirlərini bölüşüb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikirmübadiləsi aparılıb.

Sahibə
Sahibə
Məqalədə:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
6
Mənbələr
Şərh ()
Bağla