AZ

Gürcüstana xəbərdarlıq edildi: Qəbuledilməzdir!

Avropa Komissiyasının Genişlənmə və Qonşuluq Siyasəti üzrə direktoru Gert Yan Kupman Gürcüstan hakimiyyətinə xarici agentlər haqqında qanunun qəbulunun nəticələri barədə xəbərdarlıq edib.

Publika.az xəbər verir ki, bu barədə “Reuters” yazır.

Kupmanın fikrincə, xarici agentlər haqqında qanun qəbuledilməzdir və Tiflisin Avropa İttifaqına daxil olmaq ümidinə ciddi maneə olacaq.

Bundan əvvəl ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib ki, Gürcüstan anti-Qərb ritorikasına və xarici agentlər haqqında qanun layihəsinə görə Avropa İttifaqı və NATO-ya üzvlük perspektivlərini riskə atıb. Dövlət Departamentinin sözçüsü hesab edir ki, Gürcüstanda kütləvi etirazlara səbəb olan qanun layihəsi Moskvadan “ilhamlanıb”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
Mənbələr
Şərh ()
Bağla