AZ

Hazırlıq başladı - PUA-lar və raketlər Moskvaya göndərildi

Rusiya Prezidenti Vladimir Putinin mayın 7-də keçiriləcək andiçmə mərasiminə qədər paytaxt Moskvada təhlükəsizlik tədbirləri gücləndirəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə VÇQ-OQPU (VЧК-ОГПУ) Teleqram kanalı məlumatlı mənbələrə istinadla bildirib.

Məlumata görə, bunun üçün Moskvaya əlavə hava hücumundan müdafiə sistemlərinin gətirilməsi planlaşdırılır. Paytaxtın mərkəzinə nəzarət edəcək PUA-lara isə səsboğucu vasitələr quraşdırılacaq.

Kanal bildirir ki, polis xüsusi magistralların yaxınlığındakı bütün yaşayış evləri və ictimai məkanları yoxlamağa başlayıb.

Eyni zamanda, “Vaqner” qrupunun muzdlularına kuratorlar vasitəsilə mayın 7-də evlərini tərk etməmələri barədə məlumat verildiyi deyilir. Teleqram kanalının həmsöhbətləri qeyd edirlər ki, “vaqnerçilər”ə ictimai yerlərdə hansısa formada görünmək qəti qadağan edilib.

İnauqurasiya günü Dövlət Dumasının deputatları, Federasiya Şurasının üzvləri və konstitusiya məhkəməsinin hakimləri qrup halında, avtobuslarla Kreml Sarayına gətiriləcək.

Deputatlara xəbərdarlıq edilib ki, iştirak mütləqdir, giriş siyahılar və sənədlər vasitəsilə aparılacaq, onların həmçinin COVID-19 testi olmalıdır. Deputatlar avtobuslara minməzdən əvvəl Federal Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yoxlanılacaq. Onlardan koronavirusla bağlı əlavə test götürüləcək.

Hələlik əsas mübahisə xarici fəxri qonaqların siyahısı ilə bağlıdır. Mənbə yazır ki, bu siyahı hər dəfə kiçilir.

Bundan əvvəl Kreml Putinin andiçmə mərasiminin protokola uyğun, amma müəyyən nüanslarla keçiriləcəyini açıqlamışdı. Bu, 2000-ci ildən prezident postunu tutan və Rusiyanın birinci prezidenti Boris Yeltsinin varisi olan Putin üçün beşinci andiçmə olacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
22859
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14399
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
13101
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11314
Helikopterin qalıqları tapılıb
8689
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
7915
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
6906
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6644
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5126
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
4468
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4059
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
3760
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3521
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
3297
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2787
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2060
Azərbaycan nefti ucuzlaşdı
1602
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1586
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1342
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
1332