AZ

Heydər Əliyev Fondunun Rusiyadakı layihələri müzakirə olunub - Fotolar

Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən Rusiya Federasiyasının mədəniyyət naziri Olqa Lyubimova Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovla görüşüb. 

“Qafqazinfo” xəbər verir ki, görüşdə Azərbaycanın Rusiya ilə müxtəlif platformalarda əməkdaşlığı müzakirə edilib. Bir çox sahələrdə, o cümlədən humanitar istiqamətdə sıx əlaqələrin qurulduğu qeyd olunub. 

Azərbaycanda 300-dən çox orta məktəbdə təhsilin rus dilində həyata keçirildiyi, Bakı Slavyan Universitetinin, Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının fəaliyyət göstərdiyi bildirilib. O cümlədən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filiallarının fəaliyyəti vurğulanıb. 

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun 20 illik fəaliyyəti dövründə Azərbaycanda və ölkə hüdudlarından kənarda, həmçinin Rusiya Federasiyasında humanitar sahədə həyata keçirdiyi uğurlu layihələr xatırlanıb. Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı bərpa olunan “Azərbaycan” pavilyonunun fəaliyyəti, Fondun Rusiya nümayəndəliyinin ikitərəfli əlaqələrin daha da genişləndirilməsi istiqamətində gördüyü işlər vurğulanıb. 

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə may ayında Moskvada “Helikon-opera”da konsert proqramının təqdim olunacağı bildirilib.







Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
17
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
17263
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
12429
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9939
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
4082
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
3665
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
3157
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2973
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2561
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
2190
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2096
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1543
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
1089
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1013
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
978
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
968
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
954
Mayın ilk gününün havası açıqlanıb
869
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
805
Arda dubl etdi - VİDEO
777