AZ

İraq 30 ildən sonra Türkiyə sərhədində hərbi baza qurdu - FOTO

İraq 30 ildən sonra Türkiyə sərhədində hərbi baza qurub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İraqa səfəri ilə rəsmiləşən terrorla mübarizə əməkdaşlığı çərçivəsində Türkiyə ilə sərhəddəki Zaxo bölgəsində hərbi baza yaradılıb.

Türkiyə Milli Müdafiə Nazirliyi İraq mətbuatında yer alan bu xəbərləri təsdiqləyib.

Həmçinin nazirliyin bununla bağlı verdiyi açıqlamada bazaların qonşu ərazilərdə də qurulduğu vurğulanıb.

İraq mətbuatında yer alan xəbərlərdə İraq Sərhəd Qoşunlarının Türkiyə sərhədinə yaxın Zaxo rayonunun Kişani kəndində iki hərbi baza qurduğu bildirilib.

Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr müşaviri, kontr-admiral Zeki Aktürk nazirlikdə keçirilən mətbuat konfransında Türkiyə Silahlı Qüvvələrinin terrorla mübarizəsinin qətiyyətlə davam etdiyini nəzərə çatdırıb.

İraq sərhəd qoşunlarının Türkiyənin əməliyyat bölgələrinə yaxın baza bölgələri qurması ilə bağlı suallara cavabında Zeki Aktürk qeyd edib ki, bunlar Bağdadla başlayan dialoq nəticəsində PKK terror təşkilatının fəaliyyətinin qarşısının alınması məqsədilə İraq sərhədçiləri tərəfindən əməliyyat bölgələrinə bitişik ərazilərdə həyata keçirilən fəaliyyətlərdir.

“Bu fəaliyyətlər bizimlə də koordinasiyalı şəkildə reallaşdırılır. Növbəti mərhələdə PKK-nın fəaliyyətlərinin qarşısının alınması, sərhəd təhlükəsizliyinin təmin edilməsi və bölgədə yaşayan İraqın mülki əhalisinin təhlükəsizliyinin təminatı üçün İraq və ölkəmiz arasında işlər koordinasiyalı şəkildə davam etdiriləcək”, - deyə o bildirib.  

Mənbə: NTV.com.tr

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
5
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
14398
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
11347
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9239
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
3081
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2625
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
2372
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2361
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2171
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1850
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1658
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1208
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
834
Azərbaycan nefti ucuzlaşdı
794
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
773
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
729
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
711
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
695
Arda Gülər dayanmır, yenə fərqləndi -
611