AZ

“Həyasız atandır, anandır” – Mer jurnalisti təhqir etdi

Tbilisi meri və “Gürcü Arzusu” hakim partiyasının Baş katibi Kaxa Kaladze müxalifyönlü “Formula” telekanalının jurnalistini söyüb.

KONKRET.az gürcü mediasına istinadən xəbər verir ki, bu, jurnalistin mayın 2-nə keçən gecə Gürcüstan parlamenti yaxınlığında keçirilən nümayişin iştirakçılarına qarşı xüsusi təyinatlıların hərəkətləri ilə bağlı merə ünvanlanmış sualından sonra baş verib.

Tbilisi

Jurnalistin “Rezin güllələrdən istifadə ilə bağlı həyasızcasına yalan danışmaqdan utanırsınızmı?” sualına K.Kaladze belə cavab verib: “Valideynlərin sənə nəzakət öyrətməyib? Ay azğın əclaf, bəs kimisə həyasız adlandırmaq təhqir deyil? Sənə belə tərbiyə verdiklərinə görə evində ata-anana həyasız de, ey ədəbsiz qadın”.

Qeyd edək ki, Gürcüstan Daxili İşlər Nazirliyi rezin güllələrdən istifadəni inkar edir. Hərçənd bir neçə nümayişçi rezin güllələrdən aldıqları xəsarətlərə görə həkimə müraciət ediblər.

Kaladze müxalifət mediasının rezin güllələrdən istifadə edilməsi ilə bağlı yaydığı məlumatı “yalan” adlandırıb və aprelin 30-da Tbilisidə keçirilən etiraz aksiyası zamanı “asayişi bərpa etdiyinə və zorakılığın qarşısını aldığına görə” polisə təşəkkür edib.

Merin bəyanatı cəmiyyətin əksər hissəsində son dərəcə mənfi reaksiyalara səbəb olub. Media və sosial şəbəkələrdə xüsusi təyinatlılar tərəfindən etirazçıların, o cümlədən qadınların və yeniyetmələrin vəhşicəsinə döyülməsinin görüntüləri yayılıb.

Xatirə SADİQ,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
22859
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14399
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
13051
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11314
Helikopterin qalıqları tapılıb
8677
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
7915
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
6899
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6643
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5121
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
4438
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4055
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
3756
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3521
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
3236
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2783
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2060
Azərbaycan nefti ucuzlaşdı
1602
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1582
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1342
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
1332