AZ

Kreml Baydenin Rusiyanı ksenofobiyada ittiham etməsinə cavab verib

Rusiyanı, eləcə də Yaponiya və Çini ksenofob ölkələr adlandıran ABŞ prezidenti Co Baydenin sözləri reallıqla ziddiyyət təşkil edir.

Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Vaşinqtondan fərqli olaraq, Moskva öz şirkətlərini xarici tərəfdaşlarla əlaqəni dayandırmağa məcbur etmir və təşkilatlara qarşı məhdudiyyətlər tətbiq etmir.

“Baydenin bu bəyanatı reallığı tam əksini əks etdirir. Öz şirkətlərini kimsə ilə əlaqədən imtina etməyə məcbur edən Rusiyadır? Bəzən yalnız milliyyət meyarını rəhbər tutaraq bəzi şirkətlərə qarşı tamamilə qanqster məhdudiyyətləri tətbiq edən də Rusiya deyil”, – Peskov bildirib.

Azpost.info

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
Mənbələr
Şərh ()
Bağla