AZ

Dünya birliyi, beynəlxalq təşkilatlar iyrənc neokolonializm praktikasına göz yummalı deyil, -Vüqar Əhmədov- ÖZƏL

"21-ci əsrdə, müasir və qloballaşan dünyada, internet dövründə hələ də neokolonializmin olmasını və üstəlik bunu Avropa dövləti olan Fransanın etməsi, üstəlik beynəlxalq təşkilatların bu fakta susmasını görürük".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov qeyd edib:

"Faktiki bu, Fransanın 10-dan artıq dənizaşırı ərazisində baş verir, bu haqda Cənab Prezident İlham Əliyev mədəniyyətlər-arası dialoqa həsr olunmuş Bakıda keçirilən Forumda da söylədi. Dünya birliyi, beynəlxalq təşkilatlar iyrənc neokolonializm praktikasına göz yummalı deyil, bu ənənəyə son qoymaq lazımdır. Hələ də Fransanın nəzərində bu xalqlara kölə kimi baxılır, onların hüquqları və haqları tapdalanır. Çox yaxşı haldır ki, Azərbaycan ev sahibliyi etdiyi mötəbər tədbirlərdə bu xalqların hüquqlarını qaldırır və neokolonializmlə mübarizə istiqamətində dialoqu təşviq edir. Azərbaycan Qoşulmama Hərəkatında da bu işləri geniş şəkil həyata keçirmişdir və məhz bu fəaliyyətlərin sayəsində Avropanı mələk gözündə görənlərin gözü açılmış oldu, dünya birliyi bu həqiqətləri anlamış oldu. Məhz Fransa başda olmaqla müstəmləkəçi dövlətlər ötən əsrlərdə Cənubi və Şimali Afrikada, yaxın şərqdə xalqlara zülm edərək soyqırımı törətmiş, kütləvi şəkildə insanları işgəncələrə məruz qoyaraq sərvətləri taplamışlar və Fransanın öz ərazisində yaşayan digər xalqlara, 10-dan artıq dənizaşırı ərazidə məskunlaşan xalqlara bu cür münasibət hələ də davam etməkdədir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
Mənbələr
Şərh ()
Bağla

Reytinq