Facemark xarici mənbələrə əsasən istinad edir ki, Rusiyadakı aktivlərinə görə Avropanın yeddi ən böyük bankı – “Raiffeisen Bank International”, “UiCredit”, “ING”, “Commerzbank”, “Deutsche Bank”, “Intesa Sanpaolo” və “OTP” 2023-cü ildə 3 milyard avrodan çox mənfəət əldə etdiklərini bildiriblər.


Bu mənfəət 2021-ci ildəkindən üç dəfə çox olub və qismən bankların ölkədən çıxara bilmədiyi vəsait hesabına olub.


Təhlillərə görə, gəlirdəki artış Avropa banklarının vergi ödəmələrini 2021-ci ildə 200 milyon avrodan 800 milyon avroya yüksəldib. Bu artım “Citigroup” və “JPMorgan” kimi ABŞ kreditorlarının mənfəətinə əlavə olaraq hesablanıb.


Rusiyanın 2024-cü il üçün gözlənilən qeyri-enerji büdcəsi gəlirlərinin təxminən 0,4 faizini təşkil edən Avropa banklarının ödədiyi vergilər, ölkədə qalan xarici şirkətlərin Qərbin sanksiyalarına baxmayaraq, Kremlə maliyyə sabitliyini qoruyub saxlamasına bir nümunədir.


Xarici kreditorlar təkcə yüksək faiz dərəcələrindən deyil, həm də Rusiya banklarına qarşı beynəlxalq sanksiyalardan faydalanırdılar. Bu cür tədbirlər rəqibləri beynəlxalq ödəniş sistemlərinə çıxışdan məhrum etdi və qərb banklarının ölkədəki müştərilər üçün cəlbediciliyini artırdı. Avropa banklarının 800 milyon avroluq vergi ödəmələrinin yarıdan çoxu xarici kredit təşkilatları arasında Rusiyada ən böyük iştiraka malik Avstriyanın “Raiffeisen Bank International”-a məxsusdur.