Müəllif:Ayşən İmanova/Banco.az
İsveçrə 2024-cü ildə Ukraynaya humanitar yardım üçün 150 milyon frank (təxminən 164 milyon dollar) vəsait ayıracaq.
Banco.az xəbər verir ki, bu barədə ölkənin Federal Xarici İşlər Departamentinin mətbuat xidməti məlumat yayıb.
“2024-cü ildə humanitar yardım və Ukraynanın regionun inkişafı üçün əməkdaşlığa 150 milyon İsveçrə frankı ayrılacaq”, - məlumatda bildirilib.
Bundan əlavə, 2025-2028-ci illər üçün beynəlxalq əməkdaşlıq strategiyası çərçivəsində İsveçrə Federal Şurası bu müddət ərzində Ukraynaya 1,5 milyard frank (1,64 milyard dollar) dəyərində əlavə yardım göstərməyi planlaşdırır.