AZ

Mədəniyyət naziri UNESCO yanında daimi nümayəndələrlə görüşüb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mayın 2-də mədəniyyət naziri Adil Kərimlinin ölkələrin UNESCO yanında daimi nümayəndələri ilə görüşü keçirilib.

Mədəniyyət Nazirliyindən APA-ya verilən xəbərə görə, görüşdə Azərbaycan-UNESCO əməkdaşlığından söz açılıb, ölkəmizin təşkilatın fəaliyyətində yaxından iştirakı qeyd olunub.

Diqqətə çatdırılıb ki, 2022-ci ilin oktyabr ayında Azərbaycanın UNESCO-nun 215-ci sessiyasının gündəliyinə təklif etdiyi "Bakı Prosesi”: dayanıqlı sülh və inkişaf üçün mədəniyyətlərarası dialoqu və sosial inklüzivliyi təşviq etmək" adlı qərar layihəsi yekdilliklə qəbul edilib. Bu dəstəyə görə ölkəmiz adından UNESCO-nun İcraiyyə Şurasına minnətdarlıq ifadə olunub.

Nazir Forum çərçivəsində mayın 3-də Ağdamda təşkil olunacaq “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiya barədə məlumat verib. Bildirilib ki, sessiya UNESCO-nun 2023-cü ildə qəbul etdiyi “Minaların mədəni mülkiyyətə təsirinə dair qətnamə”sinə həsr olunub.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı müzakirə aparılıb.

Mədəniyyət Mədəniyyət Mədəniyyət Mədəniyyət Mədəniyyət Mədəniyyət Mədəniyyət

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
3
Mənbələr
Şərh ()
Bağla