AZ

Senna İmolada yad ediləcək

1994-cü ildə San Marino qran-prisi zamanı Ayrton Senna və Roland Ratzenberqin ölümünün otuzuncu ildönümü İmolada qeyd edilib.

Üçqat dünya çempionunun xatirəsi qarşıdan gələn Emiliya-Romanya qran-prisində də anılacaq. Yarışın başlamasına bir neçə saat qalmış Sebastyan Fettel Ayrton Sennanın “McLaren MP4/8” avtomobili ilə İmola trassında bir neçə dövrə vuracaq. Braziliyalı pilot Formula 1-də son tam mövsümünü məhz bu bolidin sükanı arxasında keçirmişdi.

Sebastyan Fettel: “Ayrton Senna təkcə tarixin ən yaxşılarından biri olduğuna görə böyük hörmət bəslədiyim sürücü deyildi, həm də böyük ürəkli insan idi. Onun ölümcül qəzasından 30 il keçir və mən də bu xatirəyə nəsə töhfə vermək istəyirəm.

Onun “McLaren MP4/8” bolidini sürmək üçün Imolada olacağam. Hamınızı da mayın 19-da Emiliya-Romanyada görməyə ümid edirəm”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
Mənbələr
Şərh ()
Bağla

Reytinq