AZ

TÜRKSOY ölkələrinin dəstəyi ilə Molla Nəsrəddin haqda film çəkiləcək

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2023-cü il oktyabrın 14-də Şuşa şəhərində keçirilmiş I Türk Dünyası Mədəniyyət Forumunda TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının 40-cı iclasında TÜRKSOY ölkələrinin dəstəyi ilə "Molla Nəsrəddin. Çətin günlərimin dostu" adlı tammetrajlı bədii filmin (quruluşçu rejissor Xalq artisti Vaqif Mustafayev) birgə istehsalı qərara alınıb.

Nazirlikdən APA-ya verilən xəbərə görə, filmin çəkilişlərinin Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan və Qırğızıstan ərazisində aparılması və hər bir ölkədə həyata keçiriləcək çəkilişləri həmin ölkənin maliyyələşdirməsi ilə bağlı razılığa gəlinib.

Eyni zamanda, 2024-cü ilin yanvar ayında "Molla Nəsrəddin. Çətin günlərimin dostu" filminin istehsalına hazırlıqla bağlı Bakıda TÜRKSOY ölkələrinin əlaqədar qurumlarının nümayəndələrinin koordinasiya toplantısı keçirilib və filmin istehsalı ilə bağlı müzakirələr aparılaraq razılaşmalar əldə edilib.

Filmin türk dövlətləri kinematoqrafçılarının iştirakı ilə həyata keçiriləcək istehsalına Azərbaycan tərəfdən məsul qurum olan "Nasreddin Production" şirkəti tərəfindən istehsalın ilkin hazırlıq işləri görülüb, çəkilişlər aparılacaq türk dövlətlərində məkanların seçilməsi, yaradıcı heyət üzvlərinin müəyyən olunması, geyim və rekvizitlərin hazırlanması və s. istiqamətlərdə bir çox işlər həyata keçirilib.

Türk dövlətləri arasında ortaq mədəni dəyərlərə söykənən “Molla Nəsrəddin. Çətin günlərimin dostu” bədii filminin istehsalı ilə əlaqədar hazırda layihədə iştirak edən ölkələrlə əlaqələndirilmiş şəkildə işlər davam etdirilir.

TÜRKSOY-un Baş katibi Sultan Raev "Molla Nəsrəddin. Çətin günlərimin dostu" filmi haqqında fikirlərini bölüşərkən deyib ki, Molla Nəsrəddin türk dünyası tarixin ən böyük layihələrindən biridir.

"Burada bütün türk dövlətləri iştirak edəcəkdir. Molla Nəsrəddin bizim - türk dünyasının ortaq dəyəridir. Bu hadisə türk dünyasının tarixində böyük hadisədir", - o əlavə edib.

Filmin rejissoru Xalq artisti Vaqif Mustafayev filmin çəkilməsi planının Şuşada qərarlaşdırıldığını deyib:

"Bu o deməkdir ki, bu layihə çox möhtəşəm layihə olacaq. Fəxr edirəm ki, belə bir layihənin rejissorluğunu həyata keçirəcəyəm. Mən söz verirəm ki, bütün səylərimi səfər edəcək, sizə layiqli bir film təqdim edəcəyəm".

Filmin çəkilişlərinin avqustda başlanması planlaşdırılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
48
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Lerikdə uçqun baş verən ərazidə nəqliyyatın hərəkəti nəzarətə götürülüb
17860
Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
14654
Ramiz Tahirovun yerinə bu general təyin edildi - Foto
9593
Otaqda meyiti tapılan tibb bacısının ÜRƏKDAĞLAYAN FOTOLARI
8241
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
7294
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
7099
İntim videolar çəkən polkovniklə bağlı ŞOK AÇIQLAMA
7054
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
7016
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
6912
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
6657
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
5625
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
5368
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
5177
İntim videolar çəkən polkovnik şikayətini geri götürdü
4979
“İçkimə nəsə qatmışdılar, həmin gecədən…“ - Rozadan şok açıqlama
4784
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
4531
Sabah 20 dərəcə isti olacaq
4200
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
3973
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
3335
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
3248