Olaylar.az bildirir ki, Samsunda ( Türkiyə ) yaşayan qadın ərinin xəyanətini öyrəndikdə onu məhkəməyə verib.
Həm rəfiqəsi, həm də dayısı yoldaşı ilə xəyanətə uğrayan qadın ərindən boşanmaq üçün məhkəməyə müraciət edib.
2021-ci ildə edilən müraciətlə bağlı son qərar ötən gün verilib. Qərarda qadına 1 milyon lirə ( 52 min manat ) təzminat ödənilməsi qeyd olunub.
Qeyd edək ki, məhkəmədə sübut kimi kişinin 326 gündə 828 dəfə telefonla danışması göstərilib.(Milli.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31