AZ

İran Suriyadakı qüvvələrini azaldır

İsrailin aprelin 1-də Dəməşqdə SEPAH komandirlərinin istifadə etdiyi binaya zərbə endirməsindən sonra İran Suriyada olan qüvvələrini azaltmağa başlayıb.

Yenipress.az xəbər verir ki, bu barədə “Tayms İsrail” nəşri məlumat yayıb.

“İran öz qüvvələrini Suriyanın cənubundan, o cümlədən Qolan təpələri yaxınlığındakı Qəneytrə və Dəra əyalətlərindən çıxarıb”,- məlumatda bildirilib.

Qeyd edək ki, İsrail 1 apreldə İran səfirliyinin yanında yerləşən binaya zərbə endirib, nəticədə SEPAH-ın 2 generalı və 5 zabiti həlak olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
Mənbələr
Şərh ()
Bağla