AZ

Girov ailələri Netanyahunu Həmas ilə razılığa çağırdı

İsrailli girovların ailələri bu gün Təl-Əviv və Qüdsdə təşkil etdikləri etiraz aksiyalarında İsrail hökumətini HƏMAS-la razılaşmağa çağırıblar.   Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Qüdsdə qadın etirazçılar İsrailin Baş naziri Benyamin Netanyahunun iqamətgahı yaxınlığında girov qadınların fotolarını yerləşdiriblər. Qadınlar Netanyahu və onun kabinet üzvlərinə bütün diqqətin onlarda olduğunu və girovların evlərinə qayıtmasına imkan verəcək razılaşmanın əldə edilməli olduğunu xatırladıblar. Təl-Əvivdə etirazçılar səhər saatlarında böyük magistral yolu bağlayıb və şüarlar səsləndirərək, qan tökülməsini dayandırmaq və bütün girovları azad etmək üçün dərhal razılığa gəlməyə çağırıblar. Əfsanə Rəcəb

Manşet.az

Seçilən
46
Mənbələr
Şərh ()
Bağla