AZ

Ucarda yük maşını yandı - FOTO-VİDEO

Kərimov Elçin Elşad oğluna məxsus olan “Qazel” markalı yük maşını qəfil alışaraq yanıb.

Bakupost.az xəbər verir ki, hadisə Ucar rayonunda baş verib.

Məlumata görə, yük maşının mühərrik hissəsində qəfil yanğın başlayıb. Ətrafda insanların müdaxiləsinə baxmayaraq, yanğının qarşısını almaq mümkün olmayıb və alov maşının salon hissəsinə keçib.

Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Ucar rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb edilib.


Yanğın söndürülüb və alovun maşının yük hissəsinə keçməsinin qarşısı alınıb. Amma yük maşınının mühərrik və salon hissəsi yararsız hala düşüb.





Zaur
BakuPost

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
Mənbələr
Şərh ()
Bağla

Reytinq