AZ

Səmada insanabənzər obyekt görünüb

Son zamanlar Türkiyənin müxtəlif yerlərində görülən hava obyektləri sosial mediada maraq oyatmaqda davam edir. Muşun Varto rayonunun Küçüktəpə kəndində ilk dəfə  aprelin 27-də vətəndaş tərəfindən görülən obyekt günlər sonra İstanbulda peyda olub.

News24.az xəbər verir ki, Türkiyənin bir çox şəhərində görünən obyekt növbəti dəfə “kostyumlu adam” obrazı ilə müqayisə edilib.

Obyektin nə olduğu barədə dəqiq məlumat olmasa da, səmada görünən obyekt izləyənləri təəccübləndirib.

Günel Məlikzadə


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
Mənbələr
Şərh ()
Bağla

Reytinq