AZ

Qızıl saatla mükafatlandırılmış azərbaycanlı prokuror kimdir?

Əli Orucov həm idman sahəsində, həm də hüquq sahəsində öz izini qoymuş şəxsiyyətlərdəndir. Orta təhsilini bitirdikdən sonra 1949-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) hüquq fakultəsinə daxil olmuş və 1954-cü ildə ali təhsilini əla qiymətlərlə başa vurmuşdur. 

Tələbəlik illərində boks ilə (1949-1954) məşğul olan Əli orta ağır çəki dərəcəsində Respublika üzrə tələbələr arasında bir neçə dəfə çempionluq titulunu qazanmışdır. Həmçinin, SSRİ üzrə tələbələr arasında boks yarışlarında çıxış edərək, Azərbaycanı təmsil etmiş və vətənə gümüş medallarla qayıtmışdır. Bu uğurlarına görə ona tələbələr arasında "boksçu Əli" və sonralar "çempion Əli" kimi tanınırdı. 

Əli Orucovun prokurorluq fəaliyyəti 1960-ci illərdən başlayır. 1963-cü ildə Kəlbəcər rayonunda prokuror köməkçisi vəzifəsində çalışmış, 1966-cı il iyul ayının 21-i dövlət tərəfindən Abşeron Rayon Prokurorluğuna müstəntiq vəzifəsinə təyin edilmişdir. Elə həmin ilin noyabr ayında peşəkar fəaliyyətinə görə, Şamaxı Rayon Prokurorluğuna eyni vəzifəyə ezam edilir.

Prokurorluqda çalışdığı illərdə Azərbaycan Prokurorluğu tərəfindən dəfələrlə fəxri fərmanlarla təltif olunmuşdur. Əli Orucov qüsursuz dövlətə xidmət edən şəxslərdən idi. Hətta 1977-ci ildə SSRİ Baş Prokurorluğu (SSRİ Baş Prokuroru Roman Andreyeviç Rudenkonun şəxsi imzası ilə) tərəfindən qızıl saatla mükafatlandırılmışdır.

Əli Orucov 24 iyun 1982-ci ildə Laçın Rayon Prokurorluğunda baş prokuror vəzifəsinə təyin alır və 1987-ci il iyul ayınadək bu vəzifədə çalışır. 31 iyul 1987-ci ildə Respublika baş prokurorunun əmri ilə Qax Rayon Prokurorluğunda baş prokuror vəzifəsinə təyin edilir. Uzun müddətli prokurorluq fəaliyyətində dövlətə, dövlətçilik ənənələrinə sədaqətinə görə, bir çox medal və ordenlərlə təltif edilmişdir.

1992-ci ilin aprel ayında prokurorluq orqanlarında uzunmüddətli fəaliyyətini başa vuraraq təqaüdə çıxır. 1992-ci ilin 5 noyabr tarixində Şəmkir şəhərində vəfat etmişdir. Qeyd edək ki, Əli Orucovun adı Azərbaycan Prokurorluğunun “Fəxri kitabı”nda yer almışdır. 


Telegram kanalımız

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
Mənbələr
Şərh ()
Bağla

Reytinq