AZ

Erməni polisi revanşist keşiş Baqratın Qazaxla sərhəd kəndə girişini qadağan etdi...-VİDEO

Xəbər verildiyi kimi, Ermənistanın 1990-1991-ci illərdə işğal etdiyi Qazax rayonunun kəndləri ilə həmsərhəd Tavuş mərzinin  “Kirants” adlanmış  Güney kəndində gərgin vəziyyət davam edir. Belə ki, bir qrup erməni sakin Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiya prosesinə, bir sözlə, məlum  4 kəndin Azərbaycana qaytarılmasına etiraz edir. 
 
Bu gün – mayın 2-i səhər saatlarında Güney kəndində vəziyyət daha da gərginləşib. 
 
Məlumatda deyilir ki, sakinlərlə polis arasında növbəti qarşıdurma yaranıb. Bu səbəbdən kəndə əlavə polis qüvvələri – “qırmızı beretlilər” yeridilib. Yolu kəsməyə çalışan 30-dan çox erməni polis bölməsinə aparılıb.
 
Moderator.az xəbər verir ki, Ermənistanın Tavuş vilayət eparxiyasının arxiyepiskopu, 44 günlük savaşdan bəri Azərbaycan və Türkiyəyə qarşı radikal, irqçi, revanşist çıxışlarıyla seçilən, o cümlədən Qazaxın məlum kəndləri ilə bağlı erməni əhalinin etirazlarını xüsusi olaraq körükləyən Baqrat Qalustanyan bir müddət öncə avtomobillə Güney kəndinə daxil olmağa çalışsa da, polis buna imkan verməyib. “Hraparak”ın yaydığı məlumata görə, avtomobildən düşərək kəndə piyada getməyə çalışan keşişin bu cəhdinin də qarşısı alınıb.

S.Laçın

 
 
 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
30
Mənbələr
Şərh ()
Bağla