AZ

Paşinyan nədən qorxur?- 300 nəfərlik kəndə 3000 xüsusi

Kəndlilər revanşist çağırışlar edərək Azərbaycanla delimitasiya prosesinə qarşı çıxırlar.

96 yaşlı erməni aksiyada döyüldü - VİDEO
Dünən isə Ermənistanın Azərbaycanla sərhəd kəndi olan Kirantsda vəziyyət daha da gərginləşdi. Polis etiraz aksiyası keçirərək delimitasiya prosesinə, ərazilərin minalardan təmizlənməsinə mane olan 31 radikalı saxladyıb.

Yerli medianın yaydığı məlumata görə, Kirantsda bu gün növbəti "təmizləmə" işləri aparılıb. "Mamul" nəşri yazıb ki, artıq kəndlilərin quraşdırdıqları çadırlar da dağıdılıb. "350 sakini olan kəndə 3000 qara beretli, xüsusi təyinatlı cəlb olunub", - məqalədə qeyd edilib.

Qeyd edək ki, aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin (Aşağı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. Radikallar və revanşistlər bu qərara etiraz edirlər.

Tural Tağıyev
AzVision.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
201
30
azvision.az

10Mənbələr