AZ

Metronun “Neftçilər” stansiyasında işıqlandırma sistemi yenilənib

Bakı metropolitenin “Neftçilər” stansiyasının platforması və hər iki yolunda yeni, müasir və qənaətcil işıq panelləri quraşdırılıb.

Bakıvaxtı.az-ın “Bakı Metropoliteni” QSC-yə istinadən verdiyi məlumata görə, əvvəlki işıqlanma sistemi hərəkətin təşkili prinsiplərinə və infrastruktur tələblərinə tam cavab vermədiyi və enerji sərfiyyatına mənfi təsir edərək, qulluğu da çətinləşdirdiyi üçün yenilənməsi dövrün tələbinə çevrilmişdi.

Stansiyada quraşdırılan yeni LED lampalar elektrik enerjisinə sərfiyyat səmərəsi və qənaətcilliyi ilə yanaşı, stansiyanın optimal işıqlandırılmasına xidmət edir və memarlıq ansamblını daha da bariz nəzərə çarpdıraraq, estetik görkəminə əlavə rəng çaları qatır.

İşlər hərəkət təhlükəsizliyi və sərnişindaşıma qaydalarına maneə törətmədən müvəqqəti işıqlanma təmin edilməklə, əsasən, gecə növbələrində görülüb. Stansiya yollarında istismar müddətini başa vurmuş 36 Vt-lıq 136 (hər yol üzrə 68) çıraq əvəzinə 20 Vt-lıq 34 lampa qoyulub. Platformanın orta zalından hərəsinin daxilində 36 Vt-lıq 2 lampa olmaqla, ümumilikdə, 340 çıraq sökülüb və əvəzinə 48 Vt-lıq 102 led panel quraşdırılıb. Bu işlər çərçivəsində işıqlanma sisteminin bütün xətləri texniki təhlükəsizlik tələblərinə əməl olunmaqla dəyişdirilib.

İşıqlandırma sisteminin dəyişdirilməsi yeniləşmə tədbirlərinə ehtiyac duyulan digər stansiyalarda müvafiq plan üzrə davam etdiriləcək. Ötən il başlanan prosesə uyğun olaraq stansiyada eyni qaydada aparılan işlər tamamlanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
183
7
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Lerikdə uçqun baş verən ərazidə nəqliyyatın hərəkəti nəzarətə götürülüb
17896
Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
14702
Ramiz Tahirovun yerinə bu general təyin edildi - Foto
9770
Otaqda meyiti tapılan tibb bacısının ÜRƏKDAĞLAYAN FOTOLARI
8284
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
7347
İntim videolar çəkən polkovniklə bağlı ŞOK AÇIQLAMA
7129
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
7107
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
7026
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
6928
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
6666
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
5678
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
5405
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
5195
İntim videolar çəkən polkovnik şikayətini geri götürdü
5035
“İçkimə nəsə qatmışdılar, həmin gecədən…“ - Rozadan şok açıqlama
4825
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
4542
Sabah 20 dərəcə isti olacaq
4220
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
3979
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
3343
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
3271