AZ

“Prezident Kuboku 2024” beynəlxalq reqatasında ikinci gün başlayır

Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümünə həsr edilən akademik avarçəkmə, kayak və kanoe üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasında ikinci gün başlayır.

"Report"un yarışa ezam olunan əməkdaşının məlumatına görə, yarışın ikinci günündə komandalar 500-1500 metr məsafəyə kayak, kanoe və akademik avarçəkmə növündə mübarizə aparacaqlar.

Qeyd edək ki, mayın 3-də başa çatacaq turnirdə 21 ölkə təmsilçiləri qüvvəsini sınayır. Ötən gün Azərbaycan təmsilçilərindən Amil Ramazanov 2006-2007-ci il təvəllüdlü idmançılar arasında bürünc medal qazanıb. O, 200 metr məsafəyə kayakla yarışda fərqlənib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
5
Mənbələr
Şərh ()
Bağla