AZ

İlham Əliyev “VI Mədəniyyətlərarası Dialoq Forumu”nun açılış mərasimində çıxış edib

Azərbaycan Prezidenti İlham Əliyev deyib: ''XXI əsrdə bəzi Avropa ölkələrinin digər xalqlara müstəmləkə kimi yanaşmasına icazə verə bilmərik”. 
Bu barədə İlham Əliyev Azərbaycanın paytaxtı Bakıda keçirilən “VI Mədəniyyətlərarası Dialoq Forumu”nun açılışındakı çıxışında bildirib.
"Dünya məcburi assimilyasiyaya səbəb olan neokolonializm praktikasına göz yummamalıdır. Fransanın dəniz kənarındakı ərazilərindəki məcburi assimilyasiya tamamilə qəbuledilməzdir və dayandırılmalıdır. Çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan Azərbaycan cəmiyyəti əsrlər boyu ən mühüm dəyərləri - tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruyub'',-deyə İlham Əliyev qeyd edib.
İlham Əliyev bildirib ki, Azərbaycanda müxtəlif etnik qrupların və dinlərin nümayəndələri bir ailə kimi yaşayır və bu müsbət tendensiya daha da gücləndirilməlidir.
Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycanın önəm verdiyi məsələlərdən birinin neokolonializm meyllərinə qarşı mübarizə olduğunu xatırladan İlham Əliyev deyib:
"XXI əsrdə bəzi Avropa ölkələrinin digər xalqlara müstəmləkə kimi yanaşmasına icazə verə bilmərik. Dünya məcburi assimilyasiyaya səbəb olan neokolonializm praktikasına dözməməlidir. Fransanın dəniz kənarındakı ərazilərindəki məcburi assimilyasiya qətiyyən yolverilməzdir və dayandırılmalıdır". 
İlham Əliyev Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası kimi qurumların Avropadan kənar bəzi ölkələrin daxili işlərinə qarışmağa cəhd etdiklərini, lakin neokolonial meyillərə qarşı susduğunu bildirib.
İlham Əliyev deyib: ''Bir tərəfdən tolerantlıqdan, demokratiyadan, insan haqlarından danışırsınız, digər tərəfdən də dənizin o tayında 10-dan çox regionda bunun əksini edirsinizsə, bu, ikiüzlülük və ikili standartlardan başqa bir şey deyil”.
Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına və II Qarabağ müharibəsinə toxunan İlham Əliyev deyib:
"İndi biz sülhə doğru irəliləyirik. Sərhədlərin müəyyənləşdirilməsi prosesi artıq başlayıb. Buna heç bir vasitəçi olmadan iki ölkə nail olub. Bu, bir daha göstərir ki, bizim vasitəçilərə ehtiyacımız yoxdur. Xüsusilə öz məqsədlərini güdən və kömək etmək istəməyənlərin vasitəçiliyinə ehtiyacımız yoxdur.Onlar şəxsi, siyasi və iqtisadi maraqları üçün bölgəmizə müdaxilə etmək istəyirlər.Biz Cənubi Qafqazda buna imkan verməyəcəyik. 30 illik münaqişədən sonra Ermənistan da aydın başa düşür ki, biz Cənubi Qafqazda sülh istəyirik və sülh yalnız Azərbaycan və Ermənistan arasında normallaşma yolu ilə əldə oluna bilər”.



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
50
Mənbələr
Şərh ()
Bağla