AZ

ABŞ və Səudiyyə Ərəbistanı arasında müdafiə paktı hazırlanır

ABŞ və Səudiyyə Ərəbistanı krallığa təhlükəsizlik zəmanəti verəcək və Qəzzada münaqişənin həllinə kömək edəcək müdafiə paktı hazırlayır.

Redaktor.az xəbər verir ki, bu barədə "Bloomberg" anonim mənbələrə istinadən məlumat yayıb.

“Birləşmiş Ştatlar və Səudiyyə Ərəbistanı hökuməti Qəzza zolağında müharibəyə son qoyacağı təqdirdə krallığa təhlükəsizlik zəmanətləri verəcək və İsraillə diplomatik əlaqələrə yol açacaq tarixi pakt bağlamağa yaxındırlar ”, - deyə nəşr qeyd edir.

Agentliyin məlumatına görə, sazişin bir hissəsi kimi Səudiyyə Ərəbistanı əvvəllər əlçatmaz olan qabaqcıl Amerika silahlarına çıxış əldə edə biləcək və həmçinin ABŞ-dan dinc nüvə enerjisinin inkişafında yardım alacaq.

Bunun müqabilində Səudiyyə Ərəbistanı Çin texnologiyasının öz ölkəsinin şəbəkələrinə çıxışını məhdudlaşdırmalı olacaq.

Humay İSGƏNDƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
11
redaktor.az

10Mənbələr