AZ

Rəcəb Tayyib Ərdoğan TRT-ni 60-cı ildönümü münasibətilə təbrik etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib: “60 ildir məsuliyyətli, tərəfsiz və prinsipial jurnalistika anlayışı ilə öz bilik və təcrübəsini vətəndaşlarımıza təqdim edən Türkiyə Radio və Televiziya Qurumunu yaranmasının ildönümü münasibətilə təbrik edirəm”.
Bu barədə Rəcəb Tayyib Ərdoğan TRT-nin 60-cı ildönümü münasibətilə verdiyi təbrik mesajında bildirib.
Rəcəb Tayyib Ərdoğan mesajında ​​bu ifadələrə yer verib:
''60 ildir məsuliyyətli, tərəfsiz və prinsipial jurnalistika anlayışı ilə öz bilik və təcrübəsini vətəndaşlarımıza təqdim edən Türkiyə Radio və Televiziya Qurumunu yaranmasının ildönümü münasibətilə təbrik edirəm. Müasir rəqəmsal yayımın tələb etdiyi bütün yeni imkanlardan istifadə edən güclü  korporativ struktura malik olan TRT yayım sahəsində çatdığı səviyyə ilə bizi qürurlandırır. İctimai yayımın məsuliyyətini nəzərə alan TRT dinamik quruluşu və qabaqcıl yayım təcrübəsi ilə ölkəmizin dəyərlərini, tarixini, mədəniyyətini, gücünü və səsini bütün dünyaya çatdırmağa davam edir. TRT xəbərlərdən idmana, musiqidən sənədli filmlərə qədər bütün kanalları ilə nümunə olmağa davam edir.Qurum həmçinin dəyərli teleradio yayımçılarının yetişdirilməsində mühüm rol oynayır.İnanıram ki, Türkiyə Radio və Televiziya Qurumu bundan sonra da  uğurlu işlərə imza atmağa davam edəcək. Türkiyə Radio və Televiziya Qurumunun yaranmasının ildönümü münasibəti ilə bütün əməkdaşlarını təbrik edir, onları səmimi-qəlbdən salamlayıram''.



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
Mənbələr
Şərh ()
Bağla

Reytinq