Portuqaliyalı hücumçu Kriştiano Ronaldonun formasını geyindiyi "Əl Nəsr" Səudiyyə Ərəbistanı Kral Kubokunda finala yüksəlib. Futbolpress.az xəbər verir ki, Riyad təmsilçisi yarımfinalda "Əl Halic"i mübarizədən kənarlaşdırıb - 3:1. "Əl Nəsr"in heyətində Ronaldo iki, Sadio Mane isə bir qol vurub. Rəqibdə isə Əl Torays fərqlənib. "Əl Nəsr" finalda "Əl Hilal"la qarşılaşacaq.