AZ

Ankarada Azərbaycan mədəniyyətinin Türkiyədə təbliğinin aktivləşdirilməsi yolları müzakirə edilib

Ankara, 2 may, AZƏRTAC

Mayın 1-də Azərbaycanın Türkiyədəki səfirliyində bir qrup mədəniyyət və incəsənət xadiminin, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçılarını salamlayan Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov iki qardaş ölkənin mədəniyyətlərarası əlaqələrinin dərinləşməsinin vacibliyini qeyd edib.

Diplomatik missiyanın rəhbəri Türkiyədəki səfirliyin nəzdində Azərbaycan Mədəniyyət Mərkəzinin yeni rəhbəri Samir Məmmədovu təqdim edib və mədəniyyət və incəsənət ustalarını ikitərəfli əlaqələrin möhkəmləndirilməsində fəal iştirak etməyə çağırıb.

Səfir həmçinin mayın 25-də Türkiyə Prezidenti Administrasiyası kompleksinin Konsert zalında Azərbaycandan olan rəqs kollektivlərinin və hərbi orkestrinin iştirakı ilə təntənəli tədbirin keçiriləcəyini bildirib. Onun sözlərinə görə, tədbir Respublika Günü və Azərbaycan Silahlı Qüvvələri Gününə həsr olunacaq.

"Konsert proqramının yeri təsadüfən seçilməyib. Türkiyə Prezidenti Administrasiyasında tədbirlərin keçirilməsi hüququ Prezident Rəcəb Tayyib Ərdoğanın razılığı ilə verilən imtiyazdır və belə bir tədbirə icazə Azərbaycanın nüfuzunun sübutu və ölkəmizin mədəniyyətinin təbliği üçün yaxşı fürsətdir", – deyə diplomat vurğulayıb.

Rəşad Məmmədov bildirib ki, təxminən bir ildən sonra Kahramanmaraş şəhərində növbəti Azərbaycan Mədəniyyət Mərkəzinin açılışı olacaq.

"Mədəniyyət mərkəzi hər birinizə açıqdır və müxtəlif mədəni proqramlar və tədbirlər təşkil etmək üçün hər bir fikir və təşəbbüsü nəzərdən keçirməyə hazırıq", - deyə o bildirib.

Mədəniyyət Mərkəzinin rəhbəri Samir Məmmədovun sözlərinə görə, fəaliyyət yalnız tədbirlərlə məhdudlaşdırılmamalıdır. "Ölkəmizin, o cümlədən Qarabağ bölgəsinin və Qərbi Azərbaycanın mədəniyyətinin və irsinin hərtərəfli təbliği vacibdir. Bizim missiyamız xalq diplomatiyasıdır. Onun təşviqi üçün bütün imkanlar və zəngin təcrübə var", - deyə Mərkəzin rəhbəri vurğulayıb.

Samir Məmmədov onu da bildirib ki, Qars və İğdırda Azərbaycan Mədəniyyət Həftəsi keçiriləcək və Türkiyənin bir çox regionlarından xalçaçılıq məktəblərinin xalçaları nümayiş etdiriləcək. "Biz Azərbaycanın tarixi və mədəni irsinin bütün spektrini Türkiyənin geniş ictimaiyyətinə təqdim etməyə hazırıq", - deyə o əlavə edib.

Tədbir iştirakçıları, o cümlədən Xalq artisti Azərin, çıxışlarda toxunulan məsələlərə dair təklif və təşəbbüslər səsləndirib, Azərbaycan mədəniyyətinin təbliği və ölkə reallıqlarının Türkiyə ictimaiyyətinə çatdırılması məqsədilə mediastrukturlarla, o cümlədən TRT Teleradio Şirkəti ilə sıx əməkdaşlığa hazır olduqlarını qeyd ediblər.

 
Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Seçilən
153
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
21076
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19319
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18256
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17655
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16815
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16630
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16100
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15499
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11974
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11259
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
9073
"Zaur, yenə çaşdın..." - VİDEO
8863
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8298
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7996
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7503
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7146
Minimum əmək haqqı nə qədər arta bilər?
7082
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6344
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5763