AZ

Fransa neokolonialist siyasətinə son qoymalıdır -XXI əsrin üz qarası

Assimilyasiya siyasəti fransız müstəmləkələrində insan hüquqlarının kobud şəkildə pozulmasına, bu ərazilərdə yerli xalqların kimliyinin silinməsinə, ailələrin dağılmasına, eləcə də bir neçə nəslin sabitliyinin pozulmasına səbəb olub 

Yüz illərdir ki, Fransanın müstəmləkəçilik siyasəti əhalinin assimilyasiyasına və xalqların mədəniyyətinin inkar edilməsinə əsaslanıb. Bu iyrənc siyasət yerli əhalini öz mədəniyyətindən, adət-ənənələrindən, dilindən mərhum etmək, beləliklə onları köklərindən, tarixlərindən uzaqlaşdırmaq məqsədi daşıyır. Yelisey sarayının uzun illərdən bəri davam edən assimilyasiya siyasəti Afrika, Məğrib, Asiya, Karib dənizi və Cənubi Amerikadan gələnlər üçün tamamilə fərqli xarakter daşıyıb. Çünki onlar ağdərili və xristian deyillər. Fransa sivil irq və aşağı irq məfhumlarını fərqləndirərək insanları alçaldan siyasət yürüdür. Assimilyasiya siyasəti fransız müstəmləkələrinin yerli əhalisinə də tətbiq edilərək, onları Fransa vətəndaşlarına çevirmək məqsədi daşıyırdı.

Bu, bir gerçəklikdir ki, assimilyasiya çox real siyasi, iqtisadi və strateji maraqlara xidmət edən ideoloji təsir vasitəsidir. Əslində cağdaş dünyamızda bütün tərəqqipərvər qüvvələr insanlıq əleyhinə olan bu ideologiyaya qarşı qətiyyətlə mübarizə aparmalıdırlar. Ən əsası isə odur ki, bu mənfur ideologiyadan əzab çəkmiş xalqlar və ölkələr bəşər cəmiyyətinin dünyaya və gələcəyə sahib olmaqla bağlı baxışlarını köklü şəkildə dəyişməsi üçün mübarizənin önündə olmalıdırlar.

Ən acınacaqlısı odur ki, assimilyasiya siyasəti fransız müstəmləkələrində insan hüquqlarının kobud şəkildə pozulmasına, bu ərazilərdə yerli xalqların kimliyinin silinməsinə, həmin dövrdə ailələrin dağılmasına, eləcə də bir neçə nəslin sabitliyinin pozulmasına səbəb olub.  Fransanın istismarçı neokolonialist siyasəti nəticəsində müstəmləkə xalqları sözün əsl mənasında assimilyasiya adı altında əcdadlarından və ənənələrindən uzaqlaşdırılıb.

Təqdirəlayiq haldır ki, Azərbaycan Fransanın müstəmləkəçi siyasətinə qarşı əzmlə mübarizə aparır. Bu məqsədlə Bakı Təşəbbüs Qrupu yaradılıb. Prezident İlham Əliyev mayın 1-də Bakıda işə başlayan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki çıxışında bildirib ki, biz imkan verə bilmərik ki, XXI əsrdə Avropanın bəzi ölkələri digər xalqlara müstəmləkə kimi yanaşsın: “Biz səsimizi ucaltdıqda - Qoşulmama Hərəkatına sədrliyimiz zamanı bu məsələni qaldırdıqda bu, onunla bağlı deyildi ki, hansısa ölkəyə qarşı idik. Biz, sadəcə ədalətə, beynəlxalq hüquqa bağlı idik. Dünya iyrənc neokolonializm praktikasına göz yummalı deyil. Bu, assimilyasiyadan xəbər verir, bu məcburi assimilyasiyadır. Bu, Fransanın 10-dan artıq dənizaşırı ərazisində baş verir. Buna son qoyulmalıdır”.

Aprelin 18-də Milli Məclisdə “Yeni Kaledoniya: tarix, müasir çağırışlar və gözlənilən gələcək” mövzusuna həsr edilmiş elmi konfransda içtirak edən Yeni Kaledoniya Konqresinin İnfrastruktur, ərazi planlaşdırılması, davamlı inkişaf, energetika, nəqliyyat və rabitə komitəsinin sədri, Kənd Təsərrüfatı Agentliyinin sədri Omayra Naisselin Fransanın yerli kanak xalqına qarşı yürütdüyü imperialist siyasətindən, hüquqlarının pozulmasından bəhs edib. Omayra Naisselin vurğulayıb ki, Fransa Yeni Kaledoniya xalqının öz müqəddəratını özünün təyin etməsi və müstəqil olması ilə bağlı üzərinə götürdüyü öhdəliklərə əməl etmir, konstitusiyaya, seçki qanunvericiliyinə müdaxilə edərək yerli xalqın hüquqlarını məhdudlaşdırmağa çalışır.

Aprelin 30-da Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə BMT-nin Vyana ofisində “Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata keçirilməsinə təsiri” mövzusunda keçirilən konfransda müstəmləkəçiliyin mənfi təsirləri, yerli icmalar üzərində assimilyasiya siyasəti məsələləri müzakirə olunub. Fransanın hələ də müstəmləkə altında saxladığı dənizaşırı ərazilərin - Yeni Kaledoniya, Fransız Polineziyası, Fransız Qvianası, Martinika, Qvadelupa, Vallis və Futuna, Korsika, Qəmər Adaları İttifaqı, Haiti kimi ölkələrin milli hərəkatlarının rəhbərləri, müstəqillik tərəfdarları öz çıxışlarında bildiriblər ki, Fransanın müstəmləkəçilik siyasəti əhalinin assimilyasiyasına və xalqların mədəniyyətinin inkar edilməsinə əsaslanır: “Fransa istəyir ki, biz - müstəmləkə xalqları “əsl fransız xalqı” olaq və bizə mənşəyimizi xatırladan hər şeyi-ana dilimizi, yurdumuza bağlılığımızı, ata-baba irsimiz və s. inkar edək”. 

Maraqlı odur ki, milli azlıqların dil məsələləri üzrə fransız tədqiqatçı Rolan Lafitte çıxışında ölkəsində irqçilik probleminin getdikcə artmasından, polisin ərəblər və afrikalılara qarşı haqsızlıqlarından, onların polis tərəfindən əsassız olaraq yoxlamalara məruz qalmalarından söz açıb, bunun hüquqşünaslar tərəfindən sistemli irqçilik adlandırıldığını xüsusilə qabardıb. Fransız jurnalist Jan-Mişel Brən isə ölkəsinin müstəmləkəçilik siyasətindən, müstəmləkəçilik illərində Əlcəzairdə törədilmiş vəhşiliklərdən, assimilyasiyanın əsl

Nəhayət, bu gün bütün dünyaya özünü sülh, demokratiya, insan haqları uğrunda mübariz kimi sırımaq üçün bütün çirkin vasitələrdən istifadə edən Fransa yüz illərdən bəri müstəmləkələrdə törətdiyi cinayətlərə görə üzr istəməli, istismarçı nekolonialist siyasətinə son qoymalıdır.

Zahid Rza, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
164
ikisahil.az

1Mənbələr