AZ

"iPhone"larda problem üzə çıxdı - Həyəcan siqnalı işləmir

Bəzi "iPhone" istifadəçiləri uzun müddətdir ki, həyəcan siqnallarının çalmamasından şikayətlənirlər. 

Valyuta.az "9to5Mac"a istinadən xəbər verir ki, "Apple" şirkəti "Face ID" ilə əlaqəli görünən problemi təsdiqləyib.

Jurnalistlərin fikrincə, problem "Face ID" üz tanıma sistemi, yəni Diqqətin Tanınması funksiyası ilə bağlı ola bilər. Bu seçim aktivləşdirildikdə istifadəçi cihazın ekranına baxarkən avtomatik olaraq səsin həcmini azaldır.

Bu nəzəriyyə ilk dəfə "9to5Mac" forumunun üzvləri tərəfindən irəli sürülüb. Onların fikrincə, bu funksiya həyəcan siqnalının gözlənilmədən kəsilməsinə səbəb ola bilər. Belə ki, əgər cihaz istifadəçinin yanında, məsələn, yastıqda yerləşirsə, "Face ID" sahibinin xəbəri olmadan həyəcan siqnalı çaldıqda səsi səssizcə söndürə bilər.

"İPhone"u yuxuda olan şəxsdən uzaqda yerləşdirərkən belə problem davam edərsə, bu funksiyanı "Üz identifikatoru və ya parol" - "Diqqətin tanınması" bölməsindəki parametrlərdə söndürmək tövsiyə olunur.

Paşa Məmmədli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
valyuta.az

1Mənbələr