AZ

Belə qollar buraxan komandanı siz də tanıyın - VİDEO

Azərbaycan II Liqasında XXIII turun görüşləri keçirilib.

Lider "Baku Sportinq" Binədə "Kür-Araz"ı qəbul edib.

Qarşılaşma Buzovna təmsilçisinin 5:0 hesablı qələbəsi ilə baş çatıb.

Oyunun əvvəli bunu göstərmirdi. İmişli komandası ilk 30 dəqiqədə iki fürsət yaxalayıb və hər iki halda qapıçı Cəfər Əlizadənin seyvləri "Baku Sportinq"i qoldan xilas edib.

Toğrul Əhmədovun çalışdırdığı komanda bundan sonra ayılıb. Fasiləyə kimi 3 qolu sıraya düzülüblər.

Nominal ev sahibləri hər üç qolu cərimə meydançası daxilindən vurub. Çox asanlıqla, adi vəziyyətdə.

"Kür-Araz" fasilədən sonra da özünə gəlməyib. "Baku Sportinq" təhlükəli fraqmentlər yaratmağa davam edib.

Əllərinə üç-dörd belə imkan düşüb: gah tələskənlik, gah da müdafiəçilər torun silkələnməsinə imkan verməyib.

Sona doğru fiziki cəhətdən yorğun düşən qonaqlar 79-83-cü dəqiqələr aralığında daha iki qola üzülüb.

Xallarını 55-ə yüksəldən "Baku Sportinq" liderliyini davam etdirir. 35 xalı olan "Kür-Araz" isə 6-cı yerdədir.

SPORTİNFO.AZ

Binə qəsəbə stadionu. 80 tamaşaçı
Baş hakim: Rauf Allahverdiyev
Baş hakimin köməkçiləri: Rəhman Aslanov, Mirnihad Seyidov
Dördüncü hakim: İslam Məmmədov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Elçin Məmmədov
Sarı vərəqə: yoxdur
Qollar: Elməddin Hüseynzadə, 31; Röyal Nəcəfov, 42, 79; Comərd Baxşəliyev, 45; Məhəmməd Xəlilov, 83
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - yoxdur.

“Baku Sportinq”

1. Cəfər Əlizadə
13. Comərd Baxşəliyev
19. Hüseyn Axundov
(2. Ramil Rüstəmov, 74)
25. Qərib İbrahimov
(15. Azad Rəcəbov, 86)
27. Bəxtiyar Soltanov
9. Röyal Nəcəfov (k)
4. Elşad Manafov
8. Aqşin Paşayev
(6. Ağası Babayev, 84)
7. Məhəmməd Xəlilov
32. Elməddin Hüseynzadə
(28. Ülvi Quliyev, 84)
99. Hakan Həsənov
(10. Elgün Abbaslı, 74)
Ehtiyat oyunçular:
22. Vaqif Şirinbəyov
Baş məşqçi: Elman Sultanov

Kür-Araz”

1. Əzəmət Müseyibov
11. Ramazan Abbasov
14. Elnur Məmmədov (k)
10. Cavid İmamverdiyev
8. Cavidan Musazadə
22. Mirabbas Mirbabayev
18. Nicat Fərəcli
77. Museyib Vəlizadə
(21. Rüfət Rəhimzadə, 74)
15. Babək Yaqublu
17. Elariz Xəlilli
(13. Yəhya Babayev, 78)
5. İlkin Hüseynli
Ehtiyat oyunçular:
99. Novruz Qəhrəmanov
4. Fərid Oruczadə
2. Məhərrəm Heydərov
25. İxtiyar Quliyev
44. Ramal Aslanlı
Baş məşqçi: Ələmdar Mustafayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
sportinfo.az

1Mənbələr