AZ

Zurabişvilidən etirazçılara: Bundan əl çəkin!

Gürcüstan Prezidenti Salome Zurabişvili Tiflisdə “xarici agentlər”lə bağlı qanun layihəsinə qarşı parlament binası qarşısında mitinq keçirən etirazçıları növbəti dəfə dəstəklədiyini bildirib.

Axar.az xəbər verir ki, Zurabişvili həmçinin etirazçılara müraciət edərək onları təxribat törətməməyə çağırıb.

“Mən prezident sarayından axşam baş verənləri izləyirəm və dəfələrlə dediyim kimi sizinlə birgəyəm. Eyni zamanda öz enerjisini bizimlə bölüşən gənclərə müraciət etmək istəyirəm. Elə şeylər var ki, onu etmək lazım deyil. Parlament qapısından əl çəkin!”, - deyə prezident bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
2
axar.az

3Mənbələr