AZ

“Kəpəz”in uğurlarına sevinən ən birinci adamlardanam”

32-ci turda mövsümlə bağlı əsas suallardan birinə aydınlıq gəldi.

“Kəpəz” əsas rəqibi “Qəbələ”ni səfərdə məğlub etməklə elitada qalacağını təsdiqlədi. “Sarı-göylər” “qırmızı-qaralar”dan artıq 17 xal öndədi. Oyundan sonra gözlər hər iki komandanın baş məşqçisinə yönəldi. Kaxaber Sxadadze həmişəki kimi oyunçularını günahlandırsa da, Adil Şükürov futbolçularını təriflədi. Şükürov mövsümün yarısında təhvil götürdüyü komanda haqda danışarkən yaxşı heyət formalaşdırdığı üçün sələfi Azər Məmmədovu yada saldı, əziyyətini vurğuladı.

Xatırladaq ki, Məmmədov12-ci turdakomandası “Qarabağ”a 1:7 uduzandan sonra istefa vermişdi. Adil Şükürov “sükan arxasına” keçəndən sonra vəziyyəti düzəltdi. Bəs Azər bəy “Kəpəz”in oyunlarını izləyirmi? Şükürovun dediklərini necə qarşılayıb? Azər Məmmədovun cavabı:
“Adil Şükürovun elə fikir bildirməsindən xəbərim yox idi. Belə gündə məni yada saldığı üçün ona təşəkkür edirəm. Tək mənim yox, orda olan köməkçilərimin də əziyyəti böyük olub. İstəyirdik ki, orda uzunmüddətli iş, yaxşı komanda quraq. Ancaq çempionatın yarisında dayandıq və davamını Adil Şükürov gətirdi. Deməliyəm ki, uğurun ardını çox yaxşı gətirir, premyer-liqada qalmaq hədəfini reallaşdırır. Buna görə “Kəpəz” rəhbərliyini və Adil bəyi təbrik edirəm”.


Azər bəy çempionat oyunlarında “sarı-göylər”ə azarkeşlik etdiyi də gizlətmədi:
“Kəpəz”ə premyer-liqada olmaq yaraşır. Komanda da, Gəncə azarkeşləri də buna layiqdi. Təəssüf ki, “Kəpəz” hazırdamaliyyə vəziyyətinə görə elitada qalmaq uğrunda mübarizə aparmağa məcburdu. Amma Gəncə komandası həmişə böyük yerlər üçün mübarizə aparıb. Hətta ilk “üçlüy”ə düşmədikdə təəssüflənən komanda olub. Adil müəllimin bu fəaliyyəti ilə klub tarixi uğurlarını təkrarlaya bilər. “Kəpəz”in hər oyununu izləyirəm, heç birini buraxmıram. Gəncəli olaraq, komandaya həmişə azarkeşlik edirəm və edəcəm. “Kəpəz”in uğurlarına sevinən ən birinci adamlardanam”.


RÖYANƏ OĞUZ
Seçilən
78
30
Mənbələr
Şərh ()
Bağla