AZ

"Neftçi" medala layiq deyil - Ağasəlim Mircavadov (VİDEO)

Bakı. Trend:

Mən “Neftçi”liyəm. Orda doğulmuşam, orda böyümüşəm, ordaişləmişəm. “Neftçi” əzizimiz sayılır. Onların belə oyunu ürəyimiziağrıdır.

Trend İdman.biz-əistinadən xəbər verir ki, bunu “İdman Bizdə”nin qonağı olan AFFAMəşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov deyib.

“Neftçi”nin sabiq baş məşqçisi “ağ-qaralar”ın hazırkı durumunudəyərləndirib. O bildirib ki, komandada əsas problemlərdən biri başməşqçisini tez-tez dəyişməsidir: “Sabiq futbolçularla bu barədə çoxdanışırıq, hətta bu gün Məşqçilər Komitəsinin üzvləri bundandanışdıq. Hər 3, 6 aydan bir məşqçi dəyişikliyi olmaz. Baş məşqçiseçimi çox vacib amildir.

Heç olmasa 2-3 il vaxt verilməlidir. Elə məşqçi seçilməlidir ki,o, ailə yarada bilsin. Komanda bir ailədir. Onun böyüyü başməşqçidir. Çalışdırıcının da böyüyü klub prezidentidir. Rəhbərləbaş məşqçi arasında münasibətlər sıx olmalıdır. Klubda futbola aidnə varsa baş məşqçi etməlidir. Bizdə əvvəllər futbolçu məşqçiyəgörə oynayırdı. Amma indiki “Neftçi”də bu yoxdur.

Oyunlarda ürək qoymurlar, istək yoxdur. Arada matçlarına baxandadeyirəm ki, görəsən bunlar məhəllə futbolu oynayıblar? Məhəllədəyaş uyğunluğu olmasa da, istək olur. Adil Şükürov “Kəpəz”ə gələndənsonra onlar istəkli oynayırlar. Onu mən “Neftçi”də görmürəm”.

Mircavadovun sözlərinə görə, “Neftçi”nin “Qarabağ”dan xal alabilməməsi üzücü haldır:

“8 klub “Qarabağ”dan xal alıb. Təkcə “Neftçi” bunu bacarmayıb.Onlar ağdamlılara qarşı 2-si kubokda olmaqla 6 oyun oynayıblar. Bu,biabırçılıqdır. Söhbət nəticədən getmir. Söhbət oyununmahiyyətindən, futbolçuların istəyindən, komandanın durumundangedir. Həddindən artıq qəribə vəziyyətdir. “Neftçi” oyunu ilə medalqazanmağa layiq deyil. Rəhbərlik böyük iş görməlidir”.

Qeyd edək ki, “Neftçi” Azərbaycan Premyer Liqasında 33 turdansonra topladığı 50 xalla 5-cidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
30

1Mənbələr

Şərh ()
Bağla