AZ

Gürcüstanda etirazçılar parlamentin qapısını sındırmağa çalışıblar

Gürcüstanda bir qrup etirazçı parlamentin 9 Aprel küçəsindəki hissəsində qapını sındırmağa çalışıb.

APA-nın Gürcüstan müxbiri xəbər verir ki, binanın içərisindəki xüsusi təyinatlı polislər su şırnağı və gözyaşardıcı qazla etiraçılara müdaxilə ediblər.

Etirazçıların müqavimət göstərməsindən sonra polis ərazidə çox sayda səs bombalarından istifadə edib.

On minlərlə etirazçı hazırda Rustaveli prospektindən ətraf küçələrə dağılışırlar.

Ərazidə internetdən istifadədə problemlər yaşanır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
2
apa.az

2Mənbələr