AZ

Azərbaycan rəqslərini incə sənət olmaqdan çıxarıblar

“Bu gün toylarımızda oynanan, rəqs məktəblərində kimlərinsə tədris etdiyi o rəqslər , əsl Azərbaycan rəqslərindən uzaqdır. Bu artıq incə sənət olmaqdan çıxıb, milli sənəti baltalamağa keçməkdir”.

Bu fikirləri Hit.az-a Xalq artisti, rəqqasə Təranə Muradova səsləndirib.

“Rəqs zəriflikdir, Azərbaycan qadını durna kimi süzərək rəqs edir, o kişilər kimi ayaqlarını əyri qoyub, irəli əyilərək, rəqs eləməməlidir. Kişi rəqslərimiz əsl Azərbaycan kişisini təmsil eləməlidir. Rəqs bu xalqın mədəni irsidir, tariximizdir. Onu bərbad günə salmaq olmaz. Kim özü üçün  bu şəkildə oynayırsa oynasın. Amma onu yanlış şəkildə tədris edib, Azərbaycan rəqsi adı ilə təbliğ eləmək böyük xətadır”,- deyə rəqqasə xanım bildirib.

Murad

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
hit.az

1Mənbələr