AZ

Buffon bu oyunun təkrar keçirilməsini arzulayır

İtaliya millisinin sabiq qapıçısı Canluici Buffon AVRO-2012-nin final matçında İspaniya ilə matç barədə danışıb.

Futbolpress.az “La Repubblica”ya istinadən xəbər verir ki, o, matçın təkrar keçirilmə şansını arzuladığını deyib:

"Karyeramda hər hansı bir matçı təkrar oynamaq şansım olsaydı, bu AVRO-2012-nin finalı olardı. Biz o nəticəyə layiq deyildik. Bəhanə etmək istəmirəm, amma biz o matça yorğun çıxmışdıq. Psixoloji cəhətdən hazır deyildik. Bizə bir gün əlavə dincəlmək imkanı verilsəydi, nəticə fərqli ola bilərdi. Meydanda İspaniyaya qarşı heç nə edə bilmədik. Halbuki onları qrup mərhələsində onlarla heç-heçə etmişdik".

İspaniya finalda İtaliyanı 4:0 hesabı ilə məğlub etmişdi.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
futbolpress.az

1Mənbələr