AZ

Diqqət: “Leobank” “62 günədək” oyunu ilə belə aldadır

“Leobank” pulsuz olaraq təqdim etdiyi debit kartlar vasitəsilə mahiyyətcə müştərilərini aldadır, buna öz təcrübəmdə şahid oldum.
Qısa izah: “Leobank”ın mənə təklif etdiyi və debit kartıma avtomatik olaraq əlavə etdikləri kredit məbləğindən istifadə etmişəm – 62 gün güzəşt müddəti olduğunu nəzərə alsaq, hələ götürdüyüm kredit məbləğini faizsiz bağlamaq üçün xeyli vaxt var. Halbuki bir hissəsini də artıq ödəmişəm (İlk istifadə tarixi 11 mart 2024-cü ildir – bu tarixdən etiribarən hissə-hissə 1400 manat götürmüşəm, indiyədək 520 manat ödəmişəm. 880 manat borc qalıb, 62 günü nəzərə alsaq, ən azı 11 maya qədər bu vəsaiti faizsiz ödəməyə vaxt var). Və bu gün “Leobank”ın mənə sürprizi oldu – 880 manata görə bir günə 43 manat 92 qəpik əlavə faiz. Onların izahına görə dünən – yəni aprelin son günü istifadə edilən məbləğ tam ödənilməli imiş. Ona görə də cəmi bir gün keçməsinə baxmayaq, 43 manat 92 manat borc gəlib. Bu, “Leobank”ın cəmi bir müştərisindən bircə günə oğurladığı puldur! Nəzələ alın ki, “güzəştin sonuna kimi” faiz maşını hər gün “yazır”.
“62 gün vədi”nin mahiyyəti Yəqin siz də elə bilirsiz ki, istifadə etdiyimiz məbləği 62 gün ərzində faiz gəlmədən yerinə qoya bilərik - elədirmi? Əslində isə “Leobank” müştərilərinə kredit məbləği təklif edir. Məsələn, “Leo”nun debit kartında istifadə edirsinizsə, avtomatik olaraq kartınıza 1400-1500 manat kredit limiti gəlsə, sevinməyə tələsməyin. Çünki təqdim etdikləri şərtlər yalnız tələdir! “Leobank”ın kredit təklifi ilə bağlı açıqlamasında yazılıb: 5 000 manatadək kredit limiti olan pulsuz karta 62 günədək güzəşt müddəti. İndi isə keçək “62 günədək” fırıldağının açılışına. Daha dəqiq desək, “Leobank”ın müştəriləri söz oyunu ilə necə ələ salmağına. Şikayətimlə bağlı operatorun mənə yazdıqlarından: “Güzəşt müddəti – yəni “Leobank” sizə kredit hesabından istifadə zamanı 62 gün nəzərdə tutmur, 62 günəDƏK nəzərdə tutur. Misal üçün siz kredit məbləğindən may ayının 1-i də istifadə etsəniz, 30-u da istifadə etsəniz, həmin vəsaiti iyun ayının son gününədək ödəməli olacaqsız. Və yaxud, dekabrın 1-i, yaxud dekabrın 31-i 100 manat istifadə etmisizsə, yanvarın son gününədək həmin məbləği qaytarmalısız”. Yəni: siz kredit məbləğindən istənilən ayın 1-i, tutaq ki, yanvarın 1-i istifadə etmisiz. Bu o deməkdir ki, siz növbəti ayın son günü (fevralın son günü) həmin borcu qaytarmalısız. İşin fırıldaq hissəsi burasındadır ki, siz həmin kredit məbləğini yanvarın 1-i yox, yanvarın 31-i belə götürmüş olsanız, yenə də həmin məbləği növbəti ayın son günü (fevralın sonuncu günü) artıq ödəməlisiz. Yəni “Leobank”ın “62 günədək” sözləri 62 gün demək deyil…

Maraqlıdır, bunu əvvəlcədən müştəriyə aydın izah etmək o qədərmi çətindir? Yoxsa “Leo” bu söz oyunu ilə müştərilərini aldatmağı lazım bilir?

Seçilən
64
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
20512
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19223
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18184
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17595
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16491
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16290
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16043
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15347
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11847
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11242
"Zaur, yenə çaşdın..." - VİDEO
8821
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
8442
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7955
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
7912
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7411
Minimum əmək haqqı nə qədər arta bilər?
7042
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7034
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6219
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5731