“62 gün vədi”nin mahiyyəti Yəqin siz də elə bilirsiz ki, istifadə etdiyimiz məbləği 62 gün ərzində faiz gəlmədən yerinə qoya bilərik - elədirmi? Əslində isə “Leobank” müştərilərinə kredit məbləği təklif edir. Məsələn, “Leo”nun debit kartında istifadə edirsinizsə, avtomatik olaraq kartınıza 1400-1500 manat kredit limiti gəlsə, sevinməyə tələsməyin. Çünki təqdim etdikləri şərtlər yalnız tələdir! “Leobank”ın kredit təklifi ilə bağlı açıqlamasında yazılıb: 5 000 manatadək kredit limiti olan pulsuz karta 62 günədək güzəşt müddəti. İndi isə keçək “62 günədək” fırıldağının açılışına. Daha dəqiq desək, “Leobank”ın müştəriləri söz oyunu ilə necə ələ salmağına. Şikayətimlə bağlı operatorun mənə yazdıqlarından: “Güzəşt müddəti – yəni “Leobank” sizə kredit hesabından istifadə zamanı 62 gün nəzərdə tutmur, 62 günəDƏK nəzərdə tutur. Misal üçün siz kredit məbləğindən may ayının 1-i də istifadə etsəniz, 30-u da istifadə etsəniz, həmin vəsaiti iyun ayının son gününədək ödəməli olacaqsız. Və yaxud, dekabrın 1-i, yaxud dekabrın 31-i 100 manat istifadə etmisizsə, yanvarın son gününədək həmin məbləği qaytarmalısız”. Yəni: siz kredit məbləğindən istənilən ayın 1-i, tutaq ki, yanvarın 1-i istifadə etmisiz. Bu o deməkdir ki, siz növbəti ayın son günü (fevralın son günü) həmin borcu qaytarmalısız. İşin fırıldaq hissəsi burasındadır ki, siz həmin kredit məbləğini yanvarın 1-i yox, yanvarın 31-i belə götürmüş olsanız, yenə də həmin məbləği növbəti ayın son günü (fevralın sonuncu günü) artıq ödəməlisiz. Yəni “Leobank”ın “62 günədək” sözləri 62 gün demək deyil…
Maraqlıdır, bunu əvvəlcədən müştəriyə aydın izah etmək o qədərmi çətindir? Yoxsa “Leo” bu söz oyunu ilə müştərilərini aldatmağı lazım bilir?