AZ

Serbiyanın gələcək hökuməti Kosovo və Metoxiyanı tanımayacaq

Serbiyanın gələcək hökuməti Kosovonun və Metoxiyanın müstəqilliyini tanımayacaq və Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcək. 

HİT.az xəbər verir ki, bu barədə baş nazirliyə namizəd Miloş Vuçeviç bildirib.

Serbiyanın Müdafiə Nazirliyinin rəhbəri və baş nazirliyinə namizəd Vuçeviç Assambleya parlamentariləri qarşısında çıxışı zamanı müvafiq bəyanatla çıxış edib.

Vuçeviçin fikrincə, kollektiv təhqir əsasında ölkənin rifahını və vətəndaşları üçün daha yaxşı gələcək qurmaq mümkün deyil. O, fikrini açıqlayaraq izah edib ki, söhbət Kosovonun və Metoxiyanın müstəqilliyinin tanınmasından və Serbiyanın Rusiya Federasiyasına qarşı sanksiyalara qoşulmasından gedir və bu, onun nöqteyi-nəzərindən qəbuledilməzdir.

“Bütün bunlara Serbiyanın cavabı xalqımızın böyük tarixi təcrübəsinə əsaslanmalıdır. O, bizə öyrədir ki, böyük və qüdrətlilər bəzən bizi məğlub edə bilər, amma bizi alçalda bilməzlər. Biz ancaq özümüzü aşağılaya bilərik və bunu heç vaxt etməyəcəyik", deyə Vuçeviç bildirib.

Bundan əlavə, baş nazirliyə namizəd bəyan edib ki, onun təyinatından sonra respublika Rusiya ilə dostluq münasibətlərini davam etdirəcək və ona maneə yaratmayacaq.

Samir

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
hit.az

1Mənbələr