AZ

Azərbaycan onların cəhdlərini puça çıxarır-Zeynal Əmrəliyev- ÖZƏL

"Azərbaycan Cənubi Qafqazda sülhün əldə olunması üçün mühüm səylər göstərir və regionda sülhün əldə olunması üçün böyük rol oynayır. Sülhün əldə edilməsini istəməyən qüvvələr var və Azərbaycan dövləti həmin qüvvələrə qarşı mübarizə aparır. Dövlət başçısının açıqlaması da məhz bu istiqamətdədir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev qeyd edib:

"Prezidentimizin də qeyd etdiyi kimi, Ermənistan görür ki, Azərbaycan Cənubi Qafqazda sülh yaratmaq istəyir. Bunun üçün təşəbbüslər göstərir. Ermənistanın əli ilə müxtəlif dövlətlər, başda Fransa olmaqla digər dövlətlər Cənubi Qafqazda hansısa təxribatlar planlaşdırırlar, müxtəlif oyunlar qurmaq istəyirlər. Bu regionda sülhün əldə olunmasında maneəçilik törədilməsini istəyirlər. Ancaq Azərbaycan onların cəhdlərini puça çıxarır. Azərbaycanda hal-hazırda sərhədlərin delimitasiyası prosesi başa çatıb. Ümumi nəticələr yavaş-yavaş əldə olunmağa başlayır. Dörd kəndin Azərbaycan tərəfinə bir güllə belə atılmadan təhvil verilməsi və delimitasiya prosesinin sürətlənməsi çox önəmli hadisələrdir. Bunlar sülhün əldə olunmasını istəməyən qüvvələri qıcıqlandırır və yeni təxribatlara sövq edir. Dövlət başçısının mesajı həm də həmin qüvvələrə qarşı idi ki, biz, bundan sonra da sizə bu məsələlərlə bağlı imkan verməyəcəyik. Fransa nə qədər səylər göstərdi, səfirini geri çağırdı, münasibətləri gərginləşdirmək istədi, eləcə də digər dövlətlər. Nəticə etibarı ilə nə oldu? Fransa öz səfirini Azərbaycana geri göndərdi. Gördü ki, etdikləri puça çıxır. Buna görə onların bütün səyləri boşa çıxacaq. Cənab Prezidentin səsləndirdiyi fikirlərə bu istiqamətdən baxmaq lazımdır ki, Fransanın və digər dövlətlərin səyləri nəticə etibarı ilə puça çıxacaqdır."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
olaylar.az

1Mənbələr