AZ

"AZMADE Group" işçi axtarır - VAKANSİYA

AZMADE Group

Mühəndislikdə ilk addım ödənişli təcrübə proqramı

Son tarix 01 iyn 2024 

Yeni məzunlar və Magistratura tələbələri,

AZMADE GROUP olaraq «MIA» "Mühəndislikdə ilk addım" ödənişli təcrübə proqramı çərçivəsində  Sənaye mühəndisliyi, Neft-qaz qurğuları mühəndisliyi, Neft-mexanika, Kimya, Materialşünaslıq, Metallurgiya, Mexanika mühəndisliyi məzunu gənc mühəndislər axtarışındayıq!

  • Sırf bu ixtisaslar üzrə təhsil almış və ən az bakalavrı bitirmiş (Bakalavr və ya Magistr ixtisası sırf bu sahələr üzrə olmalı)
  • Bu sahədə inkişaf etmək istəyən və bizimlə karyera qurmaq istəyən
  • Bakalavr giriş balı yüksək
  • Xarici və yerli ali təhsil müəssisələrindən məzun
  • Yüksək GPA
  • Dərs saatları 09:00-18:00, 1-5 -ci günlərə təsadüf etməyən namizədlər qeydiyyatdan keçə bilərlər.

Proqram haqqında:

  • 6 aylıq proqram müddətində tam rəsmi əmək müqaviləsi 
  • Uğurlu təcrübəçilərin işə qəbul imkanı
  • Əmək haqqı
  • Nahar, servis xidməti (Bakıdan 3 nöqtədən Nərimanov, 20 Yanvar, Qarayev metrosundan)
  • Proqram boyunca sizinlə öz təcrübələrini bölüşəcək mentorlarla çalışmaq imkanı
  • Özünüzü daim inkişaf etdirmək üçün nəzərdə tutulan təlimlər

Sizə nə təklif edirik?

  • Peşəkar təlim – Bizim mühəndislər tərəfindən sizə ən son mühəndislik bacarıqları öyrədilir.
  • Mentorluq – Proqram boyunca sizə peşəkar mentorlarla çalışma şansı verilir.
  • Layihə əsaslı öyrənmə - Real iş mühitində, real layihələrlə çalışaraq praktiki öyrənmə üçün imkan yaradılır.
  • İş imkanı - Proqram müddətinin sonunda uğurlu namizədləri işlə təmin edirik.

Məkan: Sumqayıt şəhəri (Azertexnolayn MMC)

Müraciət Linki: https://forms.office.com/Pages/ResponsePage.aspx?id=gYHWw2QqEkuWpxdw9Hrbe8Z5GOs9KdBHlLqYOve5OHBUQzQwSVhUMzNXODRPRldDU0RIUjFWU0o2Ui4u

Qeyd: Sadəcə tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
fed.az

1Mənbələr