AZ

Hizbullah İsrailin sərhəddə yerləşən tankına raketlə hücum edib

Hizbullah Hərəkatı İsrailin sərhəddəki hərbi tankını idarə olunan raketlə hədəfə aldığını açıqlayıb.

BiG.AZ xəbər verir ki, Hizbullah tərəfindən verilən açıqlamada Livanın cənubundan İsraillə sərhəddə yerləşən Metula qəsəbəsinə hücumun təşkil edildiyi bildirilib.

Açıqlamada İsrailin Metuladakı hərbi tankının idarə olunan raketlə hədəf alındığı, İsrail əsgərləri arasında ölən və yaralananların olduğu qeyd edilib.

Metulada fərqli nöqtədə olan əsgərlərin yenidən idarə olunan raketlə vurulduğu da bildirilib.


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
big.az

1Mənbələr