AZ

Sus kəndində son tamamlanma işləri aparılır – REPORTAJVİDEO

Yenidən qurulan, gözəlləşən Sus kəndində son tamamlanma işləri aparılır.

Xezerxeber.az xəbər verir ki, Sus kəndi 1 il 9 ay içərisində yenidən qurulub.

Böyük Qayıdış planına uyğun olaraq, məcburi köçkünlərin doğma yurd-yuvalarına ən qısa zamanda qayıtması üçün bütün imkanlar səfərbər edilib.

Yaxın günlərdə Sus kəndinə 59 ailə qayıdacaq. Ailə tərkibinə uyğun olaraq onlar iki, üç, dörd və beşotaqlı fərdi evə köçürüləcəklər.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Sus kəndi üzrə texniki nəzarətçisi Ramiz Həsənov deyir ki, yeni yaşayış evləri ilə yanaşı yolların çəkilişi, məktəb və xəstəxana tikintisi də sürətlə aparılır.

Həmçinin, Həkəri çayının sahilində bulvara yaxın ərazidə bunqalov tipli evlər də tikilir, Gələcəkdə yerli və xarici turistlər bura cəlb ediləcək. Sus kəndinə əhalinin köçürülməsi isə bu aydan etibarən başlayacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
xezerxeber.az

1Mənbələr