AZ

Qərbin ssenariləri Gürcüstanda daxili toqquşmanı qızışdırır...

Image

Bu günlərdə ABŞ-ın 14 senatoru hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının təşəbbüsü ilə parlamentə təqdim olunan “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi ilə əlaqədar Gürcüstan hökumətinə iradlarını bildirib.

Onlar Gürcüstanın baş naziri İrakli Kobaxidzeyə müraciət edərək bildiriblər ki, “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi qəbul olunarsa, Vaşinqtonun Tiflisə qarşı siyasətində fərdi sanksiyalar, maliyyə yardımına yenidən baxılması və viza qadağasının uzadılmasını əhatə edə biləcək dəyişikliyi təşviq etməyə məcbur olacaqlar. Məsələyə gürcü tərəfi sərt reaksiya verib. 

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ABŞ Senatının üzvlərini sərt tənqid edib. O bildirib ki, ABŞ Milli Demokratiya Fondu Gürcüstanda konkret olaraq nəyi maliyyələşdirdiyini açıqlamır. Amerika büdcəsindən Gürcüstana gələn pulların hara və hansı məqsədlər üçün xərcləndiyi ictimaiyyətə izah olunmalıdır: “Konqres və ya Senat müraciət etməkdənsə, Amerika büdcəsindən Gürcüstana gələn pulların nəyə xərcləndiyini ictimaiyyətə açıqlamalıdır. Pulların nəyə xərcləndiyi bugünə qədər gizlədilir və biz təsadüfən onu özümüz tapırıq. Amerika vətəndaşlarının pullarının partiyaları, radikal və dezinformasiya qruplarını maliyyələşdirmək üçün dairəvi şəkildə xərcləndiyini görürük. Nəticədə də bu, Amerikanın Gürcüstana dostluğuna kölgə saldığını göstərir”. 

Qeyd edək ki, Avropa Parlamenti də “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi ilə bağlı qətnamə qəbul edib. Burada qeyd olunur ki, “Xarici təsirin şəffaflığı” haqqında qanun layihəsi Avropa İttifaqının dəyərlərinə və demokratik prinsiplərinə ziddir. Eyni zamanda, Gürcüstanın quruma üzvlük ambisiyalarına zidd olan qanun layihəsi onun beynəlxalq reputasiyasına xələl gətirir və ölkənin Avro-Atlantik məkana inteqrasiya istəklərini təhdid edir.

Avropa Parlamentinin qəbul etdiyi qətnamədə bu və digər məsələlərlə yanaşı, Gürcüstanla vizasız səyahət rejiminə yenidən baxılması və Bidzina İvanişviliyə qarşı sanksiyaların tətbiq edilməsi tələbi də yer alır. Gürcüstanın baş naziri İrakli Kobaxidze bu yanaşmaya sərt reaksiya verib: “Avropa Parlamentinin Gürcüstana qarşı irəli sürdüyü tələblərin və şantaj cəhdlərinin bizim üçün heç bir əhəmiyyəti yoxdur. Heç kim bu cür cəfəng sözlər və qətnamələrlə bizi yolumuzdan döndərə bilməz. Şantaj dilinin gürcü xalqı üçün keçərli olmadığı hələ 2022-ci ildə bəlli oldu. Konkret qüvvələr, o cümlədən avroparlamentarilər Gürcüstan cəmiyyətində mənfi zəmin yaratmaq üçün deyirdilər ki, Gürcüstan Avropa İttifaqına namizəd ölkə statusu almayacaq. Onlar Gürcüstana qarşı üç müxtəlif qətnamə də qəbul etdilər. Lakin belə olmadı və onların bütün təhdidlərinə baxmayaraq, ölkəmiz namizəd statusunu aldı”.

Hazırda Gürcüstan daxilinə sözügedən qanun layihəsi ilə bağlı olaraq kəskin ziddiyyətlər müşahidə olnur. Hakimiyyət və müxalifət təmsilçiləri aksiyalar keçirərək, mövqelərinin haqlı olduğunu göstərməyə çalışırlar. Müxalifət birmənalı şəkildə qanunun qəbuluna qarşı çıxır. Hökumət bu qanunun qəbulunun ölkədə siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının fəaliyyətində şəffaflığın təmin olunmasına, demokratiyanın, söz azadlığının inkişafına xidmət etdiyini bəyan edib. Lakin müxalifət və onları dəstəkləyən QHT-lər, mətbuat orqanları bu qanunun qəbuluna qarşı çıxır. Gürcü hərbi-siyasi ekspert Amiran Salukvadze bildirir ki,  qanun layihəsi təşkilatların öz maliyyələri haqqında deklarasiyalarını nəzərdə tutur. Buraya maliyyəsinin 20 faizindən çoxunu xaricdən alan təşkilatlar daxildir. Sənədə əsasən, həmin qurumlar ildə bir dəfə maliyyənin haradan və hansı məqsədlər üçün daxil olduğu barədə məlumat verməlidirlər. Yəni qanun layihəsinin əsas məğzi bundan ibarətdir. Onun sözlərinə görə, bu qanun fiziki şəxslərə, hətta sonradan qeyri-hökumət təşkilatlarını maliyyələşdirən şəxslərə şamil olunmur. Sadəcə olaraq, ildə bir dəfə müvafiq reyestr xidmətinə maliyyə hesabatı verilməlidir. Məqsəd vətəndaş cəmiyyəti institutlarının vəsaitləri haradan, hansı məqsədlər üçün aldıqlarını izləməyə imkan yaratmaqdır. Belə ki, bəzi partiyaların paralel olaraq həm də qeyri-hökumət təşkilatları var. Onlar QHT-nin adından kənardan maliyyə alırlar və həmin vəsaitləri siyasi məqsədlər üçün istifadə edirlər. Bu isə Gürcüstan qanunvericiliyinə ziddir. Ekspert hesab edir ki, ümumiyyətlə qeyri-hökumət təşkilatları şəffaflıq nümunəsi olmalıdır: “Lakin nə baş verir? Bir il əvvəl layihənin adı onlar üçün qəbuledilməz idi. Ötən il sənəd ilk dəfə parlamentə təqdim ediləndə adını “inagentlər” qoydular. Hakim partiya mənsublarının dediyi kimi, o zaman cəmiyyət sənəd barədə kifayət qədər məlumatlandırılmamışdı. Bu dəfə isə vəziyyət fərqlidir. Müvafiq iş aparılıb və cəmiyyət qanunun kimlərə aid olması, məqsədləri barədə məlumatlandırılıb”. Qanun layihəsi ilə bağlı beynəlxalq arenadan gələn tənqidi fikirlərə münasibət bildirən ekspert deyib: “Bu günlərdə Gürcüstanın baş naziri İrakli Kobaxidze Almaniyada rəsmi səfərdə oldu. Səfər çərçivəsində baş nazir Almaniya rəsmiləri ilə məsələni müzakirə etdi və ortaya konkret mövqe qoydu. Düzdür, bir–birinə əks fikirlər var, amma bu, hələ son deyil, başlanğıcdır. Ona görə ki, sənədin qəbulu özlüyündə uzun sürən bir prosesdir”. Hakim partiya digər dövlətləri misal gətirir. ABŞ, Böyük Britaniya, İsrail, Fransa bu yöndə qanunlar qəbul edib. Gürcü politoloq Gela Vasadze isə qeyd edir ki, qanun etirazların birbaşa hərəkətverici qüvvəsidir, Gürcüstanın xarici siyasət kursunu dəyişə biləcək aparıcıdır: “Niyə Gürcüstan xarici siyasət kursunu dəyişə bilər? Bidzina İvanişvili hakimiyyətin təşkil etdiyi mitinqdə bu barədə tamamilə açıq danışdı, çünki bu, onun hakimiyyətinə təhlükədir. Bu da seçkidə müxtəlif sürprizlərin ola biləcəyi təhlükəsini yaradır. O, QHT-ləri hakimiyyəti dəyişmək üçün alət adlandırıb”. 

Tahir TAĞIYEV





Seçilən
55
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
19853
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19088
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18136
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17471
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16111
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15948
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
15877
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15203
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11720
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11202
"Zaur, yenə çaşdın..." - VİDEO
8790
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7885
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
7642
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
7569
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7323
Minimum əmək haqqı nə qədər arta bilər?
7003
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6843
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6079
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5696