AZ

Çinin yeni təyyarə gəmisi Fucien sınaq səfərlərinə başlayıb

Çinin "Fucien" təyyarədaşıyan gəmisi Şanxaydakı Ciangnan gəmiqayırma zavodundan ayrılaraq yelkən açıb.

Bildirilib ki, sınaq səfərlərinə başlayan gəminin hərəkət və elektrik sistemlərinin etibarlılığı və dayanıqlığı sınaqdan keçiriləcək. Gəmi komandirinin müavini Çien Şumin bu ilin əvvəlində gəminin sınaq səfərlərinə 2024-cü ildə başlayacağını açıqlamışdı.

Şanxay Dəniz Təhlükəsizliyi İdarəsi, mülki gəmilər üçün dünən yayımlanan xəbərdarlıq qeydində, 1-9 may tarixləri arasında Şərqi Çin dənizinin Yantszı çayının mənsəbinə yaxın sahil bölgəsində hərbi əməliyyatların aparılacağını və gəmilərin hərəkətinin qadağan ediləcəyini bildirib.

Mövsüm

Aznews.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
aznews.az

1Mənbələr