AZ

Daşınmaz əmlakına çıxarış ala bilməyənlər üçün yeniliklər gözlənilir – ÖZƏL AÇIQLAMAVİDEO

Bu ilin ilk 3 ayı ərzində daşınmaz əmlak üzərində 88 mindən çox mülkiyyət hüququnun qeydiyyatı aparılıb.

Bunu "XəzərXəbər"ə açıqlamasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri public hüquqi şəxsinin department direktoru Lalə Əkbərova deyib.

Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 21 min 664-ü Bakının, qalan hissəsi isə bölgələrin payına düşür.

Departament direktoru səndəsiz evlərlə bağlı məsələyə də toxunub.

Prosesin davam etdiyini deyən Lalə Əkbərova evlərə çıxarışların müəyyən sənədlər əsasında verildiyini bildirib.

Onun sözlərinə görə sovet dövründə və müstəqilliyin ilk illərində verilən sənədlər hüquqmüəyyən edici  olmadığına görə, vətəndaşlar daşınmak əmlaklarını qeydiyata aldıra bilməyiblər.

Əmlak Məsələləri üzrə ekspert Elnur Azadov isə bildirib ki, hazırda həyət evləri ilə bağlı amnistiya işləri aparılır. Onun sözlərinə görə, bununla bağlı xüsusi portalın istifadəyə verilməsi nəzərdə tutulur.

Ekspert əlavə edib ki, gələcəkdə müəyyən sənədləri olan olan əmlakların qeydiyyat prosesi daha sürətli şəkildə aparılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
13
xezerxeber.az

10Mənbələr