Gürcüstan parlamenti "Xarici təsirin şəffaflığı haqqında” qanunu ikinci oxunuşda qəbul edib. Bu barədə Newsgeorgia məlumat yayıb.
83 deputat "lehinə”, 23 deputat əleyhinə səs verib. Qanunun maddə-maddə müzakirəsi iki gün davam edib.
Qanuna iki həftədən sonra üçüncü oxunuşda baxılacaq.
Mayın 1-də Gürcüstan parlamentində xarici agentlər haqqında qanun layihəsinin müzakirə olunacağı plenar iclas başlamazdan əvvəl müxalifət nümayəndələri ilə hakim çoxluq arasında dava düşüb.
www.anews.az