AZ

Gürcüstan parlamenti "Xarici agentlər haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib

Gürcüstan parlamenti "Xarici təsirin şəffaflığı haqqında” qanunu ikinci oxunuşda qəbul edib. Bu barədə Newsgeorgia məlumat yayıb.

83 deputat "lehinə”, 23 deputat əleyhinə səs verib. Qanunun maddə-maddə müzakirəsi iki gün davam edib.

Qanuna iki həftədən sonra üçüncü oxunuşda baxılacaq.

Mayın 1-də Gürcüstan parlamentində xarici agentlər haqqında qanun layihəsinin müzakirə olunacağı plenar iclas başlamazdan əvvəl müxalifət nümayəndələri ilə hakim çoxluq arasında dava düşüb.


www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
anews.az

1Mənbələr